Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır.
Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur.
Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır. Ailə psixologiyasının predmetiniailənin şəxsiyyətlərarası qarşılıqlı təsir sistemi kimi strukturu və funksiyalarının öyrənilməsinə spesifik psixoloji yanaşma, onun inkişafının əsas qanunauyğunluqları və dinamikası, ailə mühitində şəxsiyyətin inkişafı təşkil edir. Ailə 1960-1970-ci illərdən başlayaraq psixoloqların və digər elm sahələrinin mütəxəssislərinin tədqiqat predmetinə çevrilmişdir. Ailə psixologiyasının vəzifələrinə aiddirlər:
Bir sıra müasir elmlər cəmiyyətin inkişafı gedişində insan münasibətlərinin xarakteri haqqında geniş və etibarlı informasiya təqdim edir. Bu məlumatlar ailə sosiologiyası, ailə pedaqogikası, ailə psixologiyası, habelə, iqtisadiyyat, tibb, hüquq, fəlsəfə, etnoqrafıya və s. kimi elmlərdə öz əksini tapmışdır.Ailə psixologiyası psixologiya elminin ailə və nikah problemlərini öyrənən fənlərarası istiqamətlərindən biri olub, sosioloji, iqtisadi, etnoqrafik, tarixi, hüquqi, pedaqoji, demoqrafik və s. tədqiqatlara əsaslanır.Ailə fəlsəfə, sosiologiya, etnoqrafiya, antropologiya, psixologiya, pedaqogika və s. elm sahələrində müxtəlif aspektdən tədqiq edilir.
Ailənin spesifik sosial-psixoloji sistem kimi tədqiqi bir neçə mərhələyə ayrılır:
Antik dövrdən XIX əsrin ortalarına qədər olan dövrü əhatə edir. Q. Kriatensen bu mərhələni “sosial darvinizm mərhələsi” adlandırmışdır. Bu dövrdə ailənin əsas forması monoqram ailə hesab olunur, ailə cəmiyyətin çox kiçik, miniatür nümunəsi, cəmiyyətin özü isə genşlənməkdə olan ailə kimi nəzərədən keçirilirdi. Bu mərhələdə ailə haqqında təsəvvürlərdə sırf nəzəri konsepsiyalar üstünlük təşkil edirdi.
XIX əsrin ortaları-XX əsrin əvvəli antorpoloqlar və etnoqraflar ailəni aktiv surıtdı öyrənməyə başlamışdılar. Bu mərhələdə onlar çöl tədqiqatlarından və ibtidai cəmiyyətlər üzərində aparılmış müşahidələrdən alınmış geniş empirik materiallara və müqayisəli-tarixi təhlilin nıticələrinə əsaslandırdılar. Qohumluğun müxtəlif sistemlərinin öyrənilməsi patriarxatla matriarxatın nisbəti barədə nəzəri diskussiya ilə nəticələndi. Ailənin tarixinin və matriarxat problemlərinin öyrənilməsinin əsasını isveçrəli tarixçi İ.Y. Bahovfen (1815-1887) qoymuşdur. Onun fikrinə görə cinslər arasında poliam münasibətlər monoqram nikahdan əvvəl mövcud olmuşdur. Sosioloq C. Mak- Lenan hesab edirdi ki, ailə öz inkişafında üç pillədən keçmişdir: promiskuitetdən (cinslər arasında heç bir şeylə məhdudlaşmayan münasibətlərdən) analıq hüququndan və onun vasitəsi ilə atalıq hüququna doğru. C. Mak- Lenan və başqaları tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişlər ki, ailə institutu donuq törəmə deyil,təkamül prosesində uzun inkişaf yolu keçmiş və indi də inkişaf edən sosial sistemdir. C. Mak- Lenan həmçinin elmə endoqamiya və ekzoqamiya anlayışları kimi fundomental anlayışları daxil etmişdir.
XX əsrin əvvəllərindən ortalarına qədər davam etmişdir. Krestensen bunu “spontan elmi mərhələ” adlandırmışdır. Bu mərhələdə elmdə nikah münasibətlərinin pillələri, formaları, tipləri haqqında emprik məlumatlar toplanmış, bir çox sosioloqların səyləri sosial mühəndislik və ailə münaqişlərinin həllinə kömək göstərilməsi üzərində cəmlənmişdir.
XX əsrin ortalarından indiyə qədər davam edən dövürdür ki, Krestensenə görə bu mərhələ “mənlik şüuru mərhələsi” kimi xarkaterizə olunur. Bu mərhələ üçün sosiologiyası və psixologiyası nəzəriyyəsinin planauyğun qaydada yaradılması və kollektiv emprik tədqiqatların aparılması səviyyəsidir. 1980-ci illərin əvvəllərindən ailənin həyat tərzinə, ər-arvadın emosional münasibətlərinə, münaqişələrə, vəzifələrin bölgüsünə, hakimiyyət və nüfuz münasibətlərinə, ailəyə dövlət köməyinə, nəzəri və metodik problemlərə, gənc ailələrə, uğursuz ailələrdə uşaqların tərbiyəsinə, seksual və nikahaqədərki davranış məsələlərinə daha artıq diqqət yetirildi. Azərbaycanda ailə problemlərinin sosial- psixoloji və pedaqoji aspektdən araşdırılması sahəsində sistemli tədqiqatlara XX əsrin 70-ci illərindən başlamışdır. Bu sahədə diqqətəlayiq tədqiqatların müəllifi professor Ə. Əlizadənin xidmətləri xüsusi qeyd edilməlidir.
Şəxsiyyətin ailə sistemində öyrənilməsi vəzifələrini təmin etmək üçün ailə psixologiyası bir sıra spesifik tədqiqat metodlarına istinad edir. Bunların sırasında psixologiya elminin ənənəvi metodları hesab edilən müşahidə və eksperiment kimi emprik metodların müstəsna rolu vardır.Bundan başqa ailənin öyrənilməsi üçün söhbət-müsahibə, “ana gündəlikləri”, “əkizlər”, müayinə edilənlərə aid sənədlərin və onların fəaliyyət məhsullarının təhlili, bioqrafik (şəxsiyyətin həyat yolu haqqında məlumatların toplanması və onların təhlili), erkən uşaqlıq xatirələrinin təhlili, uşaqların və yaşlıların əl işləri, ailə üzvlərinin xatirələri, yazılı qeydləri və gündəlikləri başlıca metodlar hesab edilir.Ailənin psixoloji baxımdan öyrənilməsi bu və ya digər metod çərçivəsində bir sıra diaqnostik metodlara istinad edilməsini tələb edir.Bu səbəbdən və tədqiqat qarşısında duran diaqnostik vəzifələrdən asılı olaraq bir sıra standartlaşdırılmış və standartlaşdırılmamış metodikalardan istifadə edilir.[1] Tədqiqat prosesində psixodiaqnostik məqsədlə bir sıra məlum metodikalardan (psixi inkişafda geridə qalan uşaqlann ailədə şəxsiyyətlərarası münasibətləri) istifadə oluna bilər. Ümumi psixologiyada olduğu kimi, ailə psixologiyasında da ən geniş yayılmıış emprik metodlardan biri müşahidədir.Müşahidə daha qədim psixodiaqnostik metodlardan biridir. Müşahidə insanlar arasında qarşılıqlı təsirin müxtəlif aspektləri haqqında obyektiv məlumat əldə etmək üçün tətbiq olunan uzunmüddətli prosesdir. Onun nəticələri o halda qəbul edilir ki, onlar psixoloq tərəfındən dəfələrlə qeydə alına bilsin, fərdi və ya tipik hal kimi qiymətləndirilməyə əsas vermiş olsun.Müşahidənin başlıca üstünlüyü qaydaların standartlaşdırılmadan tətbiqi və sınanılan şəxsin bu metodun tətbiqinə razılğının və zərurətin olmasıdır. Müşahidə metodu vasitəsilə psixoloq ailə şəraitində adamların davranışını izləyir, müşahidə faktlarını qeydə alır, lakin onların davranışına müdaxilə etmir.