Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi

Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri.

Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
alm. Der Ursprung der Familie, des Privateigentums und des Staats[1]
Birinci buraxılışın üz qapağı. 1884-cü il.
Birinci buraxılışın üz qapağı. 1884-cü il.
Müəllif Fridrix Engels
Mövzu antropologiya, sosiologiya
Orijinalın dili alman dili
Orijinalın nəşr ili 1884
Elektron versiya

Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır.[2]

Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır.[2]

Yazılması və nəşri

[redaktə | mənbəni redaktə et]

Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur. Vladimir Lenin bu əsəri "müasir sosializmin əsas əsərlərindən biri" kimi qiymətləndirmişdir. Fridrix Engels əsəi yazarkən ABŞ etnoqrafı və tarixçisi Luis Henri Morqanın "Qədim cəmiyyət" (1877) kitabının Karl Marks tərəfindən müfəssəl tərtib edilmiş konspektinə əsaslanmışdır. Karl Marksdan sonra Fridrix Engels Morqanın ibtidai cəmiyyətdə qəbilə quruluşu kəşfinin yüksək qiymətləndirilmiş və onun tədqiqatının nəticələrindən Karl Marksın tarixi materializm konsepsiyasın və iqtisadi nəzəriyyəsini əsaslandırmaq və daha da inkişaf etdirmək üçün istifadə etmişdir. Morqana görə, müasir elmi məlumatlar ibtidai cəmiyyətin maddi mədəniyyətə deyil, bu cəmiyyətdə istehsal münasibətlərinin inkişafına əsaslanan təkamülün daha mükəmmək mənzərəsini təsəvvür etmək imkanı verir. Buna baxmayaraq, ibtidai dövr tarixinin, o cümlədən bəzi ibtidai ailə formalarının, siniflərin yaranması mexanizminin dəqiqləşdirilməsi Fridrix Engelsin çıxardığı əsas nəticələri inkar etmir.[2]

Əsər 1924-cü ildə rus, 1934-cü ildə Azərbaycan dilinə tərcümə edilmişdir. 1976-cı ilin məlumatına görə, əsər SSRİ-də 34 dildə, 4,696 tirajla 117 dəfə çap olunmuşdur.[2]

  1. Deutsche Nationalbibliothek Record #4099178-7 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 Аиләнин, хүсуси мүлкијјәтин вә дөвләтин мәншәји // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 189.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]