Geğam silsiləsi[1] (erm. Գեղամա լեռնաշղթա, əvvəllər Əhməngən[2][3]) — Ermənistanın mərkəzində yerləşən su ayrcı funksiyasını yerinə yetirən dağ silsiləsi. Silsilə şərqdən Göyçə, Araz və Zəngiçay hövzələrini, cənub-qərbdən Azat və Vedi hövzələrini, cənubdan isə Arpaçay hövzəsini ayırır.
Geğam | |
---|---|
erm. Գեղամա լեռնաշղթա | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3597 m |
Uzunluğu | 70 km |
Eni | 48 km |
Hündür nöqtəsi | Ajdaak vulkanı |
Yerləşməsi | |
40°12′ şm. e. 44°57′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Geğam dağ silsiləsinin orta hündürlüyü təqribən 2500 m-dir. Silsilə vulkanik mənşəlidir və çoxlu sayda sönmüş vulkanları özündə birləşdirir. Silsilənin uzunluğu 70 km, eni 48 km-dir.
Geğam silsiləsinin adı ermənilərin əfsanəvi əcdadı Haykın nəvəsi Geğamın adı ilə bağlıdır.
Su hövzəsinin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3597 m yüksəklikdə olan, silsilənin şimal hissəsində yerləşən Qızıldağ vulkanıdır. İl boyu qar suyu ilə qidalanan Ajdaak vulkanının kraterində Akna göl əmələ gəlib. Qızıldağ vulkanının yaxınlığında başqa bir vulkan gölü var — Thar gölü. İkinci ən yüksək dağ dəniz səviyyəsindən 3560 metr yüksəklikdə olan Spitakasardır. Karter gölü Akna Geğam silsiləsində xüsusi maraq doğurur. Göl Kotayk və Quqark rayonlarının sərhəddində yerləşir. Silsilədən Gərniçay, Vediçay (Araz hövzəsi), Kəvərçay, Ayrıca, Bəxtəkçay, Şoxvak, Dəlikdaş, Göl (Göyçə gölü hövzəsi) çayları başlayır.
Geğam silsiləsində çoxlu sayda qayaüstü rəsmlər tapılıb. Rəsmlərin əksəriyyətində insanları ov və döyüş, torpağın becərilməsi, yarışlar və rəqslər səhnələrində, eləcə də mifoloji varlıqlar — vizapalar (əjdahalar) təsvir edilmişdir. Bəzi mağara rəsmlərində analara, əcdadlara, qəhrəmanlara, ruhlara, məhsuldarlığa və zamana sitayiş əks olunur. Coğrafi elementlər də təsvir edilmişdir: çaylar, göllər, bulaqlar, həmçinin astronomik cisimlər və hadisələr: Günəş, Ay, ulduz bürcləri, alov topları, kometlər və ildırım.
Silsilə ərazisində Xosrov meşəsi var.Tarixi mənbələrə əsasən "Xosrov meşəsi"nin adı IV əsrdə yaşamış II Xosrovun adı ilə bağlıdır. Ehtimal olunur ki, Xosrov bu ərazidə çoxlu miqdarda ağac əkərək ərazini meşə sahəsinə çevirmişdir. Qoruq ərazisində bir çox tarixi və təbii abidələr mövcuddur. Ərazidə mağaralar, şəlalələr, qədim və orta əsrə aid monastırlar, kilsələr var[4]