Akama məbədi

Akama məbədi (赤間神宮, Akama-cinqu?)Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi.[1] Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur.[1] Meyci islahatına qədər buddist məbədi olmuşdur.[1]

Akama məbədi (赤間神宮?)
33°57′35″ şm. e. 130°56′54″ ş. u.
Din
Həsr olunub İmperator Antoku
Növü imperatorluq məbədi
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura Yamaquçi
Şəhər Şimonoseki
tiki.ne.jp/~akama-jingu/
Akama məbədi xəritədə
Akama məbədi
Akama məbədi
Şintoizm terminologiyası

Tarixi[redaktə | mənbəni redaktə et]

1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür.[1] Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır.[1]

1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir.[1] 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır.[1] Bu əlyazma "Naqato-bon" adı ilə tanınır.[1]

Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır.[1] Bu festival İmperator Antokuya ehtiram göstərmək məqsədi ilə baş tutur.[1]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 40. ISBN 0-87011-621-5. İstifadə tarixi: 18 avqust 2022.