Akan Milli Parkı

Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen?)Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir.[1] Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur.[2][3]

Akan–Maşu Milli Parkı
yap. 阿寒国立公園
Masyu gölü (2005-ci ilin sentyabrı)
Masyu gölü (2005-ci ilin sentyabrı)
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya)
Sahəsi 904,81 km2 ha
Yaradılma tarixi 4 dekabr 1934
İdarəetmə orqanı Yaponiya Ətraf Mühit Nazirliyi
Dağlar İo dağı, Mokoto dağı, Nisibetsu dağı, Meaken dağı, Hakuto dağı, Kikin dağı
Yerləşməsi
43°32′40″ şm. e. 144°17′01″ ş. u.HGYO
Ölkə  Yaponiya
Vilayət Hokkaydo
Yaxın şəhər Tesikaqa
env.go.jp/park/akan/inde…
Akan–Maşu Milli Parkı xəritədə
Akan–Maşu Milli Parkı
Akan–Maşu Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir.[2][3] Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir.

Milli park iki hissədən ibarətdir: Kavayu və Akan.[4]

Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir.[2] Gölün sahilində yerləşən Vakoto yarımadasında temperatur daha yüksəkdir və yarımada unikal florafaunaya sahibdir.[4] Milli parkdakı Masyu gölü kaldera göldür.[2] Masyu gölü dünyada ən saf sulu göllərdən biridir, səthindən onun 40 metr dərinliyinə qədər baxmaq mümkündür.

Akan kalderası 20 km enindən olan böyük kalderadır. Kaldera Akan vulkanik kompleksinin bir hissəsidir. Akan vulkanik kompleksində milli parkın ən hündür nöqtəsi olan Meaken dağı (1.499 metr) yerləşir.[2] Akan gölündə bokke adlandırılan qaynar palçıq da görmək olar. Çuruy adası göldə yerləşən 4 kiçik adadan biridir və adada Marimo Sərgi və Müşahidə Mərkəzi yerləşir. Meaken dağının ətəyində isə Onneto gölü yerləşir. Yaxınlığından Onneto Yunotaki adlı isti sulu şəlalə tökülür. Sokodaydan Penketo gölünü və Panketo gölünü müşahidə etmək olar. Hakuto dağı müşahidə məntəqəsi, Kikin dağı, Tsurumi keçidi və Akan gölyanı müşahidə məntəqəsindən gözəl mənzərələrə tamaşa etmək mümkündür. Akan çayı üzərində insanlar Akan gölündən Takimi Bricə axan Takiquti çayının mənsəbinə baxırlar. Milli parkda bundan başqa Dziro və Taro adlı göllər də vardır.[5]

  1. "Welcome to AKAN -Akan National Park". Akan Tourism Association & Community Development Promotion Organization. 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-11.
  2. 1 2 3 4 5 "Akan National Park 90,481 ha,:(Dec, 4, 1934)". Japan Integrated Biodiversity Information System. Ministry of the Environment. 2009-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-23. (#invalid_param_val)
  3. 1 2 "The Akan National Park". World Database on Protected Areas. UNEP and IUCN. İstifadə tarixi: 2009-04-23.[ölü keçid]
  4. 1 2 "Introducing places of interest: Akan National Park (Kawayu Area)". National Parks of Japan. Ministry of the Environment. 2014-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-23.
  5. "Introducing places of interest: Akan National Park (Akan Area)". National Parks of Japan. Ministry of the Environment. 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]