Akif Əmənov (12 aprel 1942, SSRİ – 25 iyun 2021) — SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı, 4 çağırış (20 il) Azərbaycan SSR Ali Sovetinin, SSRİ xalq deputatı.[1]
Akif Əmənov | |
---|---|
Akif Məmi oğlu Əmənov | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad |
Vəfat tarixi | (79 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Mükafatları |
|
SSRİ dönəmində tanınmış neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmanı, Hindistanın fəxri vətəndaşı Akif Əmənov 4 çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də SSRİ xalq deputatı olub.
O, 1991-ci ildə SSRİ xalq deputatı statusunda o vaxtkı hakimiyyət tərəfindən təzyiqlərlə üzləşərək Naxçıvanda yaşayan Heydər Əliyevin görüşünə gedib. Mərhum prezident ona bildirib ki, A. Əmənovu ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmək istəyibmiş.[2]
2002-ci ildən A. Əmənov prezident təqaüdçüsü olub.[3] Prezident İlham Əliyevin sərəncamı ilə ona Bakı şəhərində üç otaqlı mənzil bağışlanıb.
2010-cu ildə Milli Məclisə seçkilərdə iştirak etmək üçün Sosialist Əməyi Qəhrəmanı Akif Əmənov namizədliyini irəli sürmüşdür. Adlı–sanlı buruq ustası A. Əmənov 46 saylı Şirvan seçki dairəsi üzrə sənədlərini DSK-ya təqdim edərək imza vərəqələri götürüb. A. Əmənov kampaniyaya bitərəf kimi qoşulmuşdur[4].
Akif Əmənov 25 iyun 2021-ci ildə vəfat etmişdir.[5]