Akinak (q.yun. ἀκινάκης) — gödək (40—60 sm) dəmir qılınc, skiflər tərəfindən işlənirdi.
Bəzi antik müəlliflər skiflərin adətləri haqqında da məlumat verirlər. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri "at südü içənlər" adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, "skiflərin böyük əksəriyyəti yalnız at südü ilə qidalanırlar". İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və "skif heyvan stili"nin Altayda və Qərbi Sibirdə təşəkkül tapdığını artıq sübut etmişlər. Altayda və Sibirdə irandilli etnosların heç zaman yaşamadığını sübut etməyə isə ehtiyac yoxdur. Bu skiflərlə Altay tayfalarının mənşəcə eyni olduğunu sübut edən tutarlı faktdır.
Herodot yazır ki, skiflərdə çar öləndən sonra dörd künc çala qazır və meyiti mumyalayıb dəfn edirlər [1]. Altayda arxeoloji qazıntılar zamanı bu adəti S.A.Rudenko aşkar etmişdir. Tuva ərazisində isə bu dəfn adətini M.P.Qryaznov müəyyən etmişdir. Ölülərin mumyalanması adəti Midiyada da vardı.
Herodot yazır ki, skiflərdən olan aqrippilər ağ keçə ilə örtülmüş ağac altında yaşayırlar [2]. Bununla antik müəllif bu tayfanın ağ keçə ilə örtülmüş alaçıqlarda yaşadığını göstərmişdir.
Herodot yazır ki, skiflər əti heyvanın qursağına doldurub bişirirlər [3]. Bu adəti türk xalqlarının əksəriyyətində və buryatlarda da müşahidə etmək mümkündür.
Yapon və Çin tarixi mənbələri də skiflərin, yəni dəmir əldə etməyi, ondan silahlar və müxtəlif məişət və bəzək əşyaları hazırlamağın sirlərini bilən tayfaların məhz b.e.ə. VI əsrdən etibarən həmin ərazilərə yayıldıqlarını bildirirlər və həmin tayfaların məhz Türk əsilli olmalarını yazırlar.
Cənubi Sibirin Taştık, Afanasevski, Andronovski kurqanlarının xüsusiyyətlərini müqayisəli analiz edən E. B. Vadetçkaya sarmat–hun mədəniyyətinin oxşarlığını qeyd edərək həmin kurqanların sahiblərinin məhz hunların eyni (yəni elə hunların özləri) olduğunu bildirmişdi. E. A. Okladnikova Şərqi Sibirdəki Kara-Oyuq qayaüstü rəsmləri (qraffitləri) araşdıraraq sarmatların və hunların maddi–mədəni mədəniyyətinin eyniliyini bildirir və onları skiflərinkilə əlaqələndirir. Altayın Hun-sarmat dövründən danışarkən o yazır, müxtəlif ov səhnələrini, geyimləri və ovçuların silahlarını əks etdirən o dövrün petroqlifləri Kara-Oyuk rəsmlərini «Skif dövrü insanlarının rəsmləri» ilə yaxınlaşdırırlar. Hun-Sarmatlara aid qayaüstü rəsmlərdə «qısa qılınc» (akinak) və xəncər döyüşçülərin əsas atributları siyahısına daxil idi.
Skiflər döyüşlərdə akinaklardan istifadə edirdilər.
Yunan dilindən ἀκινάκης midiyalıların, skiflərin «əyri, qısa qılıncı" kimi tərcümə olunur.
1