Sarmatlar — Azərbaycanlıların etnogenezində iştirak etmiş atlı köçəri qədim türkdilli[1][2] xalqlarından biridir. Sarmatlar iskit dilində danışırdılar və daha geniş İskif mədəniyyətlərinin bir hissəsi idilər.
XIX yüzilliyə kimi bütün tarixçilər skifləri, sarmatları, alanları türk hesab edirdilər. XIX-XX əsrdə osetin tarixçisi Vaso Abayev irandilli nəzəriyyənin bünövrəsini qoydu və Avropada, Rusiyada antitürkçülüyün yayıldığı dövrdə sevildi və təbliğ olunmağa başlandı.
İranşünas tarixçilərin əksəriyəti sarmatları irandilli xalq sayılırdılar. İranistlər, bir qayda olaraq, yazdıqları məqalələrdə, elmi işlərdə skiflərin, sarmatların, alanların hind-avropalılarda olmayan etnik xüsusiyyətlərini və qədim tarixçilərin verdikləri məlumatları nəzərə almırlar.[3][4][5]
Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikləri var idi:
Antik müəlliflər (Siciliyalı Diodor, Böyük Plini, Yuliy Solin və b.) sarmatların madaylarla qohum olduqlarını yazırlar. Burada əlbəttə ki, madayların sonrakı nəsilləri olan atropatenlər nəzərdə tutulurlar. Bu zaman ortaya belə bir sual çıxır: Əgər sarmatlar irandillidilərsə onda nəyə görə farslarla deyil madaylar və atropatenlilərlə qohumdurlar? Madayların və atropatenlilərin isə türk mənşəli tayfalar olmaları və Azərbaycan türklərinin təşəkkülündə iştirak etmələri birmənalı olaraq sübut edilmişdir.[7][8][9][10][11]
Antik müəllif Publiy Ovidiy Nason eranın əvvəllərində yazır:
Heyvan dəriləri və enli şalvarlarla onlar özlərini soyuqdan qoruyurlar. Onların dəhşətli üzləri tüklə örtülmüşdür. |
Bu məlumatda "dəhşətli üzləri" ifadəsi monqoloid irqə mənsub fizionomiyaya aiddir. İrandillilər arasında isə monqoloid irqinin yayılmaması heç kəsdə şübhə doğurmur.
Stefan Bizanslı adlı müəllif sarmatların Tamarak şəhəri haqqında məlumat verir. Bu toponim qədim türkcə "tam"-qala divarı, "örək" - qala sözlərindən ibarətdir.
Antik müəllif Pomponi Mela yazır ki, sarmatlarda "qadınlar kişilərlə bərabər döyüşdə iştirak edirlər".[12] Başqa bir müəllif Nikolay Dəməşqli qeyd edir ki,"savromatlarda qız bir düşmən öldürməmiş ərə verilmir."Qeyd edək ki,indiyə qədər iranşünasların heç biri bu adətin iran xalqlarında olması haqqında bircə dənə də olsun fakt göstərə bilməmişlər. Halbuki skiflərdə və saklarda, qafqaz albanlarında, daha sonra isə hunlar və oğuzlarda bu adətin olması haqqında istənilən qədər tarixi mənbələrdə faktlar var.
II əsrdə yaşamış antik müəllif Poliney[13] yazır ki, sarmatlarda bir çar Medoask adlanır. Bu ad qədim türkcə "mat"-mətin, "sak", "çak"-ayıq-sayıq sözlərindən ibarətdir ki, bu da quruluşca saklarda Taksak adı ilə eynidir.
Sarmatlar çoxlu tayfadan ibarət idi.[14] Onların içərisində türk, sirak (şirak), dandar (dondar), qarqar və b. vardı. Göstərilən tayfaların hamısı türkmənşəli tayfalardır və onlar haqqında mənbələrdə kifayət qədər məlumat var.
Herodot[15] yazır ki, savromatlar skif dilində danışırlar. Skiflərin türkmənşəli olması isə kifayət qədər tutarlı faktlarla sübut edilmişdir.
Göstərilən faktlar sarmatların türkmənşəli olduğunu deməyə əsas verir. Bütün bu faktların əksinə iranşünaslar sarmatların irandilli olmasına dair fakt göstərə bilməyiblər.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |