Akkol gölü

Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür. Akkol gölü dekabrın sonundan mart ayının sonuna qədər donsa da, yayda sahil tətil yeri kimi istifadə olunur.

Akkol gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 397 m
Sahəsi 36 km²
Dərin yeri 5 m
Orta dərinliyi 3 m
Yerləşməsi
43°23′58″ şm. e. 70°41′16″ ş. u.HGYO
Ölkə
Yerləşməsi Cambul vilayəti
Akkol gölü xəritədə
Akkol gölü
Akkol gölü

Akkol toponimi qazax dilindən tərcümədə "Ağ göl" deməkdir.

Professor A. s. Qorbunovun fikrinə görə gölün suları zümrüd tonlarındadır və buna görə də "ağ göl" adlandırılması məntiqsizdir. Bu səbəbdən toponim "axan göl" mənasında işlənmiş ola bilər.

Göl torpaq sürüşməsi nəticəsində qədim moren olan Kökbulak çayının ("mavi bulaq") qarşısının kəsilməsi nəticəsində əmələ gəlmişdir. Lobastiy, Kökbulak və Dvuhlopastnoy buzlaqlarından qaynaqlanan çayın gətirdiyi suspenziya səbəbi ilə göl mavinin çalarlarında görünür. Beləliklə, göl buzlaq və qar suları ilə qidalanır.

Gölün suyunun mənşəyi, təbii ki, suyunun temperaturunun aşağı olduğunu göstərir. Akkol gölünün səthi qışda buz ilə örtülmüşdür. Olduqca sərt şəraitə baxmayaraq, göldə bir neçə növ balıq var. Lakin çimmək mümkün deyil. İsti iyul ayında belə suyun tempetauru 8–10 dərəcədən yuxarı qalxmır. Göldə səth axını yoxdur. Burdakı yeganə su axını 3 kilometr məsafədə yerləşən Bozkol gölünün dibindəki moren çöküntülərindən başlanğıcını götürən yeraltı su axınıdır. Gölün sahilində balıq ovu həvəskarları da daxil olmaqla istirahət edənləri tez-tez görə bilərsiniz. Gölə ziyarət üçün tövsiyə edilən dövr iyun-sentyabr aylarıdır. Obyektin təftişi isə bütün il boyu mümkündür.

  • Kuat Saparov; Jiri Çlaçula; Aygul Yeginbayeva. Toponymy of the Ancient Sary-Arka (North-Eastern Kazakhstan).
  • A. P. Gorbunov Mountains Of Central Asia. Explanatory dictionary of geographical names and terms. Almaty, 2006