Akrostix (q.yun. ἀκρο-στῐχίς, ἀκρο-στῐχίδος, ἀκρο-στιχίδα; ἄκρος – kənar + στίχος – sətir, poetik xətt) və ya müvəşşəh[1] (ərəb. موشح – qurşaqlanmış) — hər misranın baş hərflərini yuxarıdan aşağıya oxuduqda söz və ya ifadə əmələ gətirən şeir. Akrostix eşitmə deyil, vizual təəssüratlara aiddir. Akrostik forma xüsusilə Böyük İsgəndərin hakimiyyəti dövrü və Bizans imperiyasında yaşayan yunandilli müəlliflər, həmçinin İntibah dövrü şairləri arasında sevilirdi.[2]
Ədəbiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |