Akroteri (q.yun. ἀκρωτήριον, akterion – ucluq)[1][2] — klassik memarlıq orderləri tətbiq olunan binalarda frontonların künclərinə qoyulan heykəltəraşlıq bəzəyi.[3] Akroterilər heykəl, üçayaq, disk, urna, palmetta və ya hər hansı digər heykəltəraşlıq elementi kimi müxtəlif formalarda ola bilər.[4] Qotika memarlığında akroteriyalara da rast gəlinir. Bu, bəzən mebel dizaynına da daxil edilir.[5]