Aləmzər Əlizadə

Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aləmzər Əlizadə
Doğum tarixi (73 yaş)
Doğum yeri Gəncə
Milliyyəti Azərbaycan Azərbaycan
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub. Yeni kitabları nəşrə hazırlanır.

Kitablar[redaktə | mənbəni redaktə et]

Aşağıdakı kitabların müəllifidir:

  • "Sarı eynək", 1973-cü il. Bakı
  • "Küsən güllər", 1978-ci il. Bakı
  • "Şəfəqin sırğaları", 1983-cü il. Bakı
  • "Ətirli kəpənək", 1986-cı il. Bakı
  • "Ülviyyənin kitabı", 1989-cu il. Bakı
  • "Göyün işığı", 1993-cü il. Bakı
  • "Adımdan danışıram", 1994-cü il. Bakı
  • "Gözdən çıxan qara tikan", 1997-ci il. Bakı
  • "Pyeslər", 1998-ci il. Bakı
  • "Fələk və mən", 2008-ci il. Gəncə
  • "Son çiçək", 2010-cu il.
  • "Şəffaf hörüyün rəfiqələri", 2013-cü il. Gəncə
  • "Seçilmiş əsərlər II cild", 2014-cü il. Bakı
  • "Кого ищет луна", 2016-cı il. Moskva
  • "Четыре рассказа", 2018-ci il. Moskva
  • "Anatağın ay yuxusu", 2018-ci il. Bakı

Əsərlər[redaktə | mənbəni redaktə et]

Əsərləri almanaxlarda, toplularda, dərsliklərdə çap olunub. Aşağıdakıları göstərmək olar:

  • "Göyərçinin hədiyyəsi", 1978-ci il. Bakı
  • "Mənim bağım, baharım", 1980-ci il. Bakı
  • "Rodnik bratstva", 1980-ci il. Ukrayna
  • "Aprleskiy dojd", 1986-cı il. Moskva
  • "Nad vışki morom", 1987-ci il. Minsk
  • "Alleqoriya və təmsillər", 1988-ci il. Bakı
  • "Dost, əlini uzat", 1988-ci il. Özbəkistan
  • "Odlar yurdu Azərbaycan", 1990-cı il. Bakı
  • "Ulu Qoşqar", 2000-ci il. Bakı
  • "Ovqat", 2000-ci il. Bakı
  • "Azərbaycan uşaq ədəbiyyatı antologiyası", 2002-ci il. Bakı
  • "Сборник прозы", 2013-cü il. Moskva
  • ""Karabağ"dan "Kerkük"den "Çanakkale"ye şiir seçkisi", 2018-ci il. Türkiyə
  • "Türk dünyası şiir seçkisi III cild", 2019-cu il. Türkiyə

Pyeslər[redaktə | mənbəni redaktə et]

Gəncə Dövlət Kukla teatrında aşağıdakı pyeslər tamaşaya qoyulub:

"Günah torbası""Nəğmə qapısı" pyesləri mərkəzi televiziya ilə nümayiş etdirilib, birinci tamaşa televiziyanın "Qızıl fondu"nda saxlanılır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]