Norinco və ya "Şimali Çin Sənaye Korporasiyası" (ing. China North Industries Corporation) — Çin Xalq Respublikasına məxsus Dövlət korporasiyası. Şirkət əsasən hərbi məqsədli avtomobil və motosiklet , maşınqayırma məhsulları, optik elektron kəşfiyyat avadanlıqları, kimyəvi məhsullar, yüngül sənaye məhsulları, partlayıcı, silah istehalı və ilə məşğul olur. Bundan əlavə şirkət ÇXR-də inşaat sektorunda mülki layihələrlə məşğul olur.
Norinco | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | silah sənayesi[d][1][2][…] |
Məhsulu | Silah |
Təsis tarixi | 1980[3] |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
norincogroup.com.cn en.norincogroup.com.cn norincogroup.com.cn/gtb/… |
|
Vikianbarda əlaqəli mediafayllar |
Norinco 1980-ci ildə, ÇXR Dövlət Şurasının təsdiqindən sonra qurulmuşdur. Çin Xalq Respublikasının Müdafiə Nazirliyi yanında Elm, Texnologiya və Sənaye Komitəsinin birbaşa səlahiyyətindədir.
Harri Milholnun 1997-ci ildə ABŞ senatına təqdim etdiyi hesabata inansaq, şirkətin ABŞ-də aşağıdakı nümayəndə və tərəfdaşları var:
Korporasiya həmçinin Afrika (CAR, Qvineya, Efiopiya), Mərkəzi və Cənubi Amerika (Boliviya), Yaxın Şərq (Küveyt) bazarlarındada fəaliyyət göstərir.[8]
Korporasiya müdafiə təyinatlı məhsulların istehsalı və ixracı üzrə ixtisaslaşıb. Korporasiyanın bəzi məhsulları Sovet texnikasının və silahlarının lisenziyalı nüsxələridir. Hal hazırda şkrkət Şirkət çoxsaylı raket sistemləri, amfibiya vasitələri, raket əleyhinə sistemlər, hava hücumundan müdafiə sistemləri, gecə görmə avadanlığı, informasiya sistemləri, yüksək effektiv yatırma sistemləri , hava bombaları, antiterror silahları, atıcı silahlar da daxil olmaqla inkişaf etmiş hərbi texnika istehsal edir.