Alan Dzaqoyev

Alan Yelizbaroviç Dzaqoyev (rus. Алан Елизбарович Дзагоев, oset. Зæгъойты Елизбары фырт Алан; 17 iyun 1990[1], Beslan, Şimali Osetiya MSSR) — yarımmüdafiəçi mövqeyində çıxış edən Rusiya futbolçusu, hal hazırda "MOİK Moskva" klubunun şərəfini qoruyur. Rusiya Federasiyasının əməkdar idman ustası (2018). Üçqat Rusiya çempionu, dörd dəfə Rusiya Kubokunun qalibi, dörd dəfə Rusiya Super Kubokunun qalibi. Beş dəfə Rusiya çempionatının 33 ən yaxşı futbolçusu siyahısına daxil edilmişdir.

Alan Dzaqoyev
rus. Алан Дзагоев
Ümumi məlumatlar
Doğum tarixi 17 iyun 1990(1990-06-17)[1] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 179 sm
Çəkisi 75[2] kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub MOİK Moskva
Nömrəsi 10
Karyerası
Gənclik karyerası
UGİM № 4 (Beslan)
1999—2005 Yunost Vladiqafqaz
2005—2006 Konoplyovun Akademiyası
Klub karyerası[* 1]
2006—2007 Krılya Sovetov-SOK 37 (6)
2008—hh MOİK Moskva 272 (55)
Milli yığma[* 2]
2006—2008 Rusiya U-17 6 (4)
2009—2013 Rusiya U-21 3 (1)
2008—2018 Rusiya 58 (9)[3]
Təltif və medalları
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2008-ci ildən Rusiya millisində oynayır. 2012 Avropa çempionatında, 20142018 Dünya çempionatlarında iştirak edib. İqor Netto Klubunun üzvüdür. 2021-ci ilin fevral ayında Sport Bible nəşrinin tərtib etdiyi dünyanın ən sadiq 30 futbolçusu siyahısına daxil edildi (13 il 1 ay "MOİK" klubunun əsas komandasında — 26-cı yer).[4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Milliyətcə osetindir.[5] Böyük qardaşı Gela peşəkar futbolçu idi, sonradan məşqçi kimi çalışmağa başladı.[6] 7 iyul 2012-ci ildə Dzaqoyev Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının məzunu olan "Alaniya" Moskva ansamblının sənətçisi Zarema Abayeva ilə evləndi.[7] 21 iyul 2013-cü ildə qızı Elana,[8] 21 aprel 2016-cı ildə isə oğlu Xetaq[9] dünyaya gəldi.

2012-ci ilin iyun ayında Dzaqoyev Tolyatti Dövlət Universitetində "Yüksək liqa komandalarının futbolçularının rəqabət və məşq fəaliyyətlərinin nisbətinin optimallaşdırılması" (rus. Оптимизация соотношения соревновательной и тренировочной деятельности футболистов команд высшей лиги) mövzusunda tezisini müdafiə etdi.[10] 2012-ci ilin avqustunda Beslan hakimiyyəti Dzaqoyevə şəhərin fəxri vətəndaşı adını verdi.[11] Qardaşı Gela söyləyir ki, Alanın hirslilik xasiyyəti ilə bağlı yayılmış inancın əksinə olaraq, o, kifayət qədər sakit insandır və həmişə qohumlarının və yaxın dostlarının fikirlərini dinləyir.[6]

Dzaqoyevin www.alan-dzagoev.com rəsmi bloqu var.[12] 2013 və 2015-ci illərdə futbolçunun özünün də vurğuladığı kimi onun sosial media hesabları yoxdur.[13][14] 2 sentyabr 2019-cu ildə Yuri Dudun Beslan faciəsinin on beşinci ildönümünə həsr edilmiş "Beslan. Unutma" adlı sənədli filmi çıxdı.[15] Oradan məlum oldu ki, bu şəhərdən olan Alan terror hücumu qurbanlarından birinin müalicəsini maliyyələşdiribmiş.

"Zenit" ilə bağlı təhqiramiz fikirləri

[redaktə | mənbəni redaktə et]

18 may 2013-cü ildə bir qalmaqal yaşandı: "MOİK"-in "Kuban" ilə oyunundan sonra ordu komandası çempionluq titulunu qazandı, Dzaqoyev "Zenit" futbol klubunun ünvanına təhqiramiz bir mahnı oxumağa başladı.[16] Bu hadisə futbol ictimaiyyətində birmənalı qarşılanmadı.[17] Alanı iki-dörd oyunluq diskvalifikasiya gözləyirdi. Daha sonra futbolçu etdiyi hərəkətə görə üzr istədi. Rusiya Futbol İttifaqının nəzarət intizam komitəsi oyunçunu şərti olaraq üç ay diskvalifikasiya etdi.[18]

  1. 1 2 Alan Dzagoev // Transfermarkt (çd.). 2000.
  2. "Алан Дзагоев". pfc-cska.com. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04. (#apostrophe_markup)
  3. Количество матчей приведено без учёта товарищеской игры Россия — Литва (0:0), сыгранной 29 мая 2012 и не включённой в реестр официальных матчей ФИФА Arxivləşdirilib 2015-08-28 at the Wayback Machine
  4. "Акинфеев, Шунин, Гильерме и Дзагоев – в топ-30 самых преданных футболистов мира - Чемпионат". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  5. "Осетин Алан Дзагоев - в десятке 100 лучших игроков мира в возрасте до 23 лет". Комсомольская правда. 2009-12-24. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
  6. 1 2 "Гела Дзагоев: Не любим с братом проигрывать". Московский комсомолец. 2014-09-19. 2016-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  7. "А.Дзагоев женился". РБК. 2012-07-07. 2016-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  8. "У футболиста ЦСКА Алана Дзагоева родилась дочь". 2016-04-03 tarixində arxivləşdirilib.
  9. "У Алана и Заремы Дзагоевых родился сын!". Официальный сайт Алана Дзагоева. 2016-04-23. 2021-02-27 tarixində orijinalından arxivləşdirilib.
  10. "Алан Дзагоев защитил диплом на «отлично»". tlt.ru. 2012-06-22. 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  11. "Дзагоев стал почётным гражданином Беслана". Чемпионат.com. 2012-06-02. 2016-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  12. "Блог www.alan-dzagoev.com официально открыт!". Официальный сайт Алана Дзагоева. 2016-05-26. 2016-09-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  13. "У меня нет страниц в социальных сетях!". Спорт-Экспресс. 2013-07-09. 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  14. "Полузащитник ЦСКА Дзагоев открыл в Интернете свой блог". Чемпионат.com. 2015-05-27. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  15. Беслан. Помни Arxivləşdirilib 2021-09-03 at the Wayback Machine. вДудь — YouTube (02.09.2019).
  16. "Полузащитник ЦСКА Дзагоев поплатится за оскорбление «Зенита»". НТВ. 2013-05-21. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  17. "Дзагоев об оскорбительной кричалке для «Зенита»: шампанское по мозгам ударило". НТВ. 2013-05-19. 2016-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.
  18. "Дзагоев дисквалифицирован на 3 месяца условно за нецензурные кричалки про "Зенит"". Фонтанка. 2013-06-17. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-13.