Alan Pinkerton (ing. Allan Pinkerton; 25 avqust 1819[1][2], Qlazqo, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 1 iyul 1884[1][2], Çikaqo, İllinoys) — şotland əsilli Amerika detektivi və kəşfiyyatçısı. Daha çox Pinkerton Milli Detektiv Agentliyinin (ing. Pinkerton National Detective Agency) qurucusu kimi tanınır. Amerika Vətəndaş müharibəsi dövründə İttifaq kəşfiyyatı üçün çalışmışdır.
Alan Pinkerton | |
---|---|
ing. Allan Pinkerton | |
Doğum tarixi | 25 avqust 1819[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1884[1][2] (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanqren |
Uşağı | 3 |
Fəaliyyəti | kəşfiyyatçı, iş adamı, yazıçı, Çəlləkçi |
Vikianbarda əlaqəli mediafayllar |
Alan Pinkerton Şotlandiyanın Qlazqo şəhərində polis çavuşu ailəsində anadan olub. Çəllək ustası peşəsinə yiyələnib. Çartist işçi hərəkatında fəal idi[3].
1842-ci ildə ABŞ-yə mühacirət etdi. Çikaqo yaxınlığındakı Dandi qəsəbəsində yerləşdi.
1846-cı ildə şerif seçildi. Dörd il sonra inzibati xidmətdən ayrılaraq, dəmir yolu oğurluqlarının istintaqında ixtisaslaşan xüsusi bir detektiv qurur. Agentliyin emblemi "Biz heç vaxt yatmırıq" şüarı ilə açıq bir gözün təsviri idi. Ən böyük uğurlardan bəziləri, 1861-ci ildə Baltimorda Prezident Linkolna qarşı sui-qəsdin qarşısının alınması və Adams Express dəmir yolu şirkətindən 700.000 dollarlıq oğurluq təşkilatçılarının tutulması idi.[4].
Pinkerton, 1844-cü ildə abolisionistlərə qoşuldu və qaçaq kölələrin şimal əyalətlərinə və Kanadaya qaçaqmalçılığında kömək etdi.[5] Con Braun ilə şəxsən tanış olmuş və 1859-cu ildə döyüş heyətinin təmin edilməsində iştirak etmişdir.