Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri.
Sadır Pəlvan | |
---|---|
uyğ. سادىر پالۋان | |
Digər adı | Sadır Xoşaxmat |
Doğum tarixi | |
Doğum yeri | Külçə |
Vəfat tarixi | |
Vəfat yeri | Külçə |
Milliyyəti | uyğur |
Dini | islam |
Fəaliyyəti | siyasətçi |
Tanınır | XIX əsrin sonlarında Uyğurların milli azadlıq mübarizəsinin lideri |
Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi.
Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının[1] fəal iştirakçısı olmuşdur. O, Əbdürəsul bəy və Alaxan Sultanla birlikdə üsyanın əsas rəhbərlərindən idi. 1865-ci ildə ilk İli sultanı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra Alaxan Sultanla daha sıx birləşdi. 1865-ci il fevralın 2-də Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Ardınca onların birləşmiş qüvvələri Çhilpanza istehkam-qalasını da birlikdə tutdular.[2] Sadır Pəlvan yaşının çox olmasına baxmayaraq, hər iki istehkam-qalaya hücumda şəxsən iştirak etmişdi. Elə həmin il Molla Şövkət Axund taxtdan endirildi. Sadır Palvan Alaxan Sulatnın İli sultanlığının başçısı seçilməsində xüsusi rolu olur.[3] 1871-ci ildə rus qoşunları İli sultanlığın ərazisinə soxulanda Sadır Pəlvan artıq ağır xəstə idi. Bu səbəbdən o, ruslarla döyüşlərdə iştirak edə bilmir.
Sadır Pəlvan pəhləvanlıqdan əlavə şair kimi də məşhur idi.
Sadır Pəlvan 1871-ci ildə xəstəlikdən vəfat etmişdir. O, doğulduğu Külçə şəhərindəki Mollatoxtiyuzi məhəlləsinin müsəlman qəbiristanlığında dəfn edilmişdir.