Albaniyanın bölünməsi

Osmanlı Albaniyasının bölünməsi

Albaniyanın bölünməsi (alb. Copëtimi i Shqipërisë) — Albaniya nümayəndə heyəti Vloreyada toplaşdıqdan sonra, gələcək Albaniya dövlətinin sərhədlərinin təyini 28 noyabr 1912-ci ildə elan edildi. Bir çox cəhətdən Albaniyanın cənub və şimal sərhədləri Birinci Balkan müharibəsinin iki döyüşü ilə təyin olundu: Bizani döyüşü və Şkodra mühasirəsi. Bu döyüşlərdə bir tərəfdən Yunan və Monteneqronun qüvvələri , digər tərəfdən isə Osmanlılar (bu döyüşlərdə albanlar Osmanlı İmperiyasının əhəmiyyətli bir hissəsini təşkil edirdi.) döyüşürdü. Böyük dövlətlərin iştirakı ilə keçirilən bir sıra beynəlxalq görüşlər də sərhədlərin müəyyənləşdirilməsinə təsir göstərmişdir.

London Barışıq Konfransı 29 iyul 1913-ci ildə, dünyanın altı super güclü dövləti - İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya, Almaniyaİtaliya - tərəfindən Albaniyanın sərhədləri razılaşdırıldı. Lakin, Albaniya milli hərəkatının nümayəndələri konfransın qərarını ölkənin bölünməsi kimi qəbul etdi, çünki albanların bir hissəsi Albaniya vilayətinə daxil olmadığı ərazidə qalmalı idi[1][2][3]. Birinci Dünya müharibəsi illəri və sonrası Albaniyanı bölməyi planlaşdırdılırdı[4]. Lakin bu planlar reallaşmadı və Albaniya öz suverenliyini qorudu. Onu bölmək cəhdləri İkinci Dünya müharibəsi və müharibədən sonrakı illərdə də davam etdi.[5].

Hadisələrin gedişatı

[redaktə | mənbəni redaktə et]

Son Rus-Türk müharibəsi Balkanlardakı böyük ərazilərin türklər tərəfindən itirməsi ilə sona çatdı: yalnız Qərbi Balkanlar və Makedoniya nəzarəti altında qaldı. 1479-cu ildə Şkoderin ələ keçirilməsi ilə Albaniya Osmanlılar tərəfindən fəth edildi. Albanların birləşəcəyi ərazilərdə bolqarlar, yunanlar, serblər, türklər çox idi.

3 mart 1878-ci ildə San-Stefano sülh müqaviləsinə əsasən albanların yaşadığı ərazinin bir hissəsi Serbiya, MonteneqroBolqarıstan arasında bölündü. Lakin Avstriya-Macarıstan və Böyük Britaniya Rusiyanın güclənməsindən qorxaraq müqaviləyə qarşı çıxdılar. Berlin konqresi şərtlərin yenidən baxılması ilə başa çatdı: BarPodqoritsa şəhərləri, habelə Husinye və Plav dağ kəndləri ətrafındakı ərazilər Monteneqroya keçdi. Albanlar bu qərardan əsəbiləşərək bunun Albaniya ərazisi olduğunu bildirdilər. 1879-cu ilin fevralında Böyük güclər Osmanlı İmperiyası tərəfindən Plav, Podqoritsa, Qusiya və Ulsin kimi şəhərləri Monteneqroya köçürülməsində təkid etdi və türklərin qoşunlarını geri çəkmələrini tələb etdilər.

Berlin konqresi

[redaktə | mənbəni redaktə et]

Albanlar Berlin konqresinin qərarlarını Albaniya vilayətinin tərkibinə daxil olan alban ərazilərinin bölünməsi kimi qiymətləndirdi. Konqres Bar və Podqoritsa şəhərlərini, Husinye və Plav dağ kəndləri ətrafındakı əraziləri Monteneqroya verdi. Tezliklə albanlar həmvətənlərinin yaşadıqları ərazilərin itkisini birtəhər ödəmək üçün Prizren Liqasını qurdu. Husinye və Plavda silahlı müqavimət göstərildi. Böyüklərin dediyinə görə, bu zaman Türkiyə-Monteneqro sərhədi "qan içində boğuldu". Konqres Ulsinin Montenqroya verilməsi ilə nəticələndi. Dərviş Paşanın türk ordusu məğlub olduğu üçün Prizren liqası da tezliklə Ulsini tərk etdi.

Balkan müharibəsi

[redaktə | mənbəni redaktə et]

8 oktyabr 1912-ci ildə Monteneqro qoşunları Şkodra vilayetinə daxil olur. Ardından Monteneqronların nümunəsini Osmanlı İmperiyasına qarşı Birinci Balkan müharibəsinə başlayan Serbiya, Bolqarıstan və Yunanıstan izlədi. Serbiya, Yunanıstan və Monteneqronun qoşunları osmanlıların və albanların müqavimətini boğaraq, qismən albanların yaşadığı əraziləri sürətlə işğal etdi: iddia edilir ki, 1913-cü ildə 25 minə qədər alban öldürüldü. Alban nümayəndələri xarici qüvvələrin vətənlərini bölmək niyyətində olduqlarını başa düşdü və 28 noyabr 1912-ci ildə Albaniyanın müstəqilliyini elan etdiklər.

3 dekabr 1912-ci ildə Londonda altı böyük dövlətin - Böyük Britaniya, Fransa, Almaniya, Avstriya-Macarıstan, Rusiya və İtaliyanın səfirləri toplandı. Albaniya torpaqlarının taleyini müzakirə etmək qərara alındı. 29 iyul 1913-cü ildə səfirlər son qərarı verdilər: Albaniya Knyazlığının müstəqilliyi tanınalı, ancaq albanların iddia etdiyi ərazinin yarısından çoxu itirilməli idi. Albanların təxminən 30-40% -i Serbiya, Monteneqro və Yunanıstan torpaqlarında yaşamaq məcburiyyətində qaldı. Bu cür itkilərə baxmayaraq Albaniya müstəqillik qazandı və Osmanlı dövlətinə heç bir xərac ödəməli olmadı.

Sərhədlərin müəyyən edilməsi

[redaktə | mənbəni redaktə et]

London Konqresinin qərarlarına əsasən yeni dövlətin sərhədlərini təyin etmək üçün Albniyaya komissiyalar göndərildi. Bununla birlikdə komissiya Albaniyanın cənubundakı sərhədi müəyyən edə bilmədi, çünki coğrafi, iqtisadi və strateji xarakterli ziddiyyətlər var idi. Mübahisəli ərazinin əhəmiyyətli bir hissəsini Albaniyaya verildiyindən yerli yunanların buna etiraz etdi və üsyan başladı. Münaqişə yalnız Korfu Protokolunun imzalanmasından sonra həll edildi.

Albaniyanı bölmək cəhdləri gələcəkdə də davam etdi. 1915-ci ildə Londonda imzalanan gizli sazişə əsasən Albaniya ərazilərinin Antanta ölkələri tərəfindən bölünməsini şərtləndirdi. Bu razılaşmaya əsasən, 20 iyul 1919-cu ildə İtaliya və Yunanıstan Albaniyanın gələcək bölümünə dair yeni bir müqavilə bağladılar. Müqaviləyə əsasən Yunanıstan Albaniyanın mərkəzini İtalya ərazisi kimi tanıması müqabilində Şimali Epiri (Albaniyanın cənubu) əldə edirdi. İkinci Dünya müharibəsindən altı ay əvvəl Albaniya İtaliya tərəfindən işğal edildi. 1944-cü ildə Balli Kombetar gələn millətçilərin məğlubiyyətindən və Alman qoşunlarının Albaniyadan qaçmasından sonra ABŞ Senatı Şimali Epirin Yunanıstana təslim edilməsini təklif etdi[6]. Lakin Albaniya bu günə qədər öz suverenliyini qorudu, lakin etnik albanların yaşadığı torpaqları geri qaytara bilmədi.

  1. Merrill, Christopher. Only the Nails Remain: Scenes from the Balkan Wars. Rowman & Littlefield. 1999. 230. ISBN 9780742516861. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  2. Magocsi, Paul R.; Multicultural History Society of Ontario. Encyclopedia of Canada's peoples. University of Toronto Press. 1999. 180. ISBN 9780802029386. 10 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2012.
  3. Schwandner-Sievers, Stephanie; Bernd Jürgen Fischer. Albanian identities: myth and history. Indiana University Press. 2002. 44. ISBN 9780253341891. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14. ..events of 1913 when a major part of the Albanian-inhabited territories was partitioned among neighbouring Balkan states.
  4. Staar, Richard F. Communist regimes in Eastern Europe (4. ed., 3. print.). Stanford, Calif.: Hoover Inst. Press, Stanford Univ. 1984. 3. ISBN 978-0-8179-7692-7. 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  5. Fischer, Bernd J. Albania at war : 1939-1945. London: Hurst. 1999. 15. ISBN 978-1-85065-531-2. 2020-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
  6. RFE/RL research report. Volume 2. weekly analyses from the RFE/RL. 1993. 31. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.