Albaniyada vergilər həm dövlət həm də bələdiyyə səviyyəsində tutulur. Ölkədə olan əsas vergi növləri gəlir vergisi, sosial müdafiə üçun yığım vergisi, qazanc vergisi və əlavə dəyər vergisidir ki, bunların hamısı dövlət səviyyəsində alınır.
Ölkədə övlət səviyyəsində vergi yığımı ilə "Dövlət vergi xidməti" (alb. Drejtoria e Përgjithshme e Tatimeve) məşğuldur.
2014-cü ildən etibarən, Albaniyada gəlir vergisi üç faiz dərəcəsi ilə tutulur.
İllik gəlir | Vergi dərəcəsi |
---|---|
0 ilə 30.000 Lek arasında | 0% |
30,000 ilə 130,000 lek arasında | 13% |
130 000 lek | 23% |
Albaniyada əvvəllər 2008-ci ildə illik gəlirin 10% -i nisbətində vergitutma sistemi qurulmuşdu.[1][2][3]
Əlavə dəyər vergisi iki fərqli dərəcə ilə alınır: 20 faizlik standart dərəcədə və dərman məhsulları üçun olan 10%.dərəcəsində[4].
Sosial təminat və tibbi sığorta ödənişləri iş və aylıq gəlirə görə ödənilir və 22.000–95.130 Alban leki arasında dəyişir.
Sosial təminat üçun işçilər gəlirlərinin 9,5 faizini, işəgötürənlər isə gəlirlərinin 15 faizini ödəyir.
Tibbi sığorta həm işçi, həm də işəgötürən üçün 1.7 dərəcəsi ilə tutulur. Öz-özünə işləyən insanlar sosial təminata 23 faiz, tibbi sığortaya isə gəlirlərinin 7 faizi qədərində vergi ödyəirlər.[5]
Albaniyada qazanc vergisi 15 faiz nisbətində tutulur. Dövriyyəsi 8 milyon lekdən az olan müəssisələr qazanc vergisindən azaddır[6]. Müəssisə Albaniyada qurulduqda, ölkədə daimi nümayəndəliyi olduqda və ya dövlətin müəssisəni idarə etməsi şərti ilə vergi ödəyir.