Alberto Zakkeroni (it. Alberto Zaccheroni, 1 aprel 1953, Meldola[d], Emiliya-Romanya) — italyan futbol mütəxəssisi, futbol üzrə BƏƏ və Yaponiya yığma komandalarının keçmiş baş məşqçisi.
Alberto Zakkeroni | |||||||
---|---|---|---|---|---|---|---|
it. Alberto Zaccheroni | |||||||
Ümumi məlumatlar | |||||||
Doğum tarixi | 1 aprel 1953 (71 yaş) | ||||||
Doğum yeri |
|
||||||
Vətəndaşlığı | |||||||
Boyu | 176 sm | ||||||
Mövqeyi | müdafiəçi | ||||||
Karyerası | |||||||
Boca San Lazzaro
|
|||||||
|
|||||||
Vikianbarda əlaqəli mediafayllar |
O, A Seriyasında bir sıra top klubların baş məşqçisi olub. Karyerasının ən yüksək məqamı rəhbərlik etdiyi AC Milanda (1998–2001) elə ilk mövsümdə (1998–99) skudetto qazanması olub. Zakkeroninin çalışdırdığı digər böyük klublar arasında Latsio, Inter Milan və Juventus da var, ancaq hamısında mövsümün bir hissəsində müvəqqəti məşqçi kimi çalışıb. O, 2011-ci ildə Yaponiya yığmasının baş məşqçisi kimi Asiya Kubokunu qazanıb. Zakkeroni həm də qeyri-ənənəvi 3-4-3 taktiki sistemi ilə məşhurdur.