Xəzər şəmayısı[2] (lat. Chalcalburnus chalcoides) — Çəkiyəbənzərlər dəstəsinin nümayəndəsidir. Avstriya, Bolqarıstan, Bosniya və Herseqovina, Xorvatiya, Fransa[3], Almaniya, İtaliya, Macarıstan, Rumıniya, Rusiya, Serbiya, Sloveniya[4], Azərbaycan, Türkmənistan və Özbəkistan ərazilərində müşahidə edilir.
Xəzər şəmayısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Xəzər şəmayısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Uzunluğu 40 santimetrə çata bilir, lakin daha çox 15–30 sm ölçülü balıqlara rast gəlinir. Bu balıq morfoloji cəhətdən olduqca dəyişkəndir. Bu da müxtəlif yaşayış mühitlərinə uyğunlaşmağa imkan verir.
Qara, Xəzər və Aralıq dənizlərinin hövzələrində rast gəlinir. Su anbarlarında belə yaşaşa bilirlər. Sənaye əhəmiyyəti vardır və su anbarları və çayların dərin huissələrində qurulan vətəgələrdə yetişdirilir. Xəzər dənizində həddindən artıq çirklənməsi onların sayına təsir göstərsədə 2008-ci ildə Beynəlxalq Qırmızı kitabda "Az qayğı tələb edən" növlər siyahısına daxil edilmişdir[5][6].