Aldo Serena ( it. Aldo SerenaAldo Serena ; 25 iyun 1960[1][2]) — İtaliyalı keçmiş peşəkar futbolçu. Karyerası boyunca bir neçə İtaliya klubunda çıxış edən oyunçu dörd A Seriyasl çempionlluğu titulunu qazanmışdır. O, əsasən liqa titulu və UEFA Kuboku da daxil olmaqla bir neçə kubok qazandığı "İnter"dəki çıxışı ilə xatırlanır. Milli komanda səviyyəsində, o, 1986 FIFA Dünya Kuboku və 1990 FIFA Dünya Kubokunda İtaliya milli komandasını təmsil edərək, komandanın sonuncu turnirdə üçüncü yeri tutmasına kömək etmişdir.
Aldo Serena | |
---|---|
it. Aldo Serena | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1960[1][2] (64 yaş) |
Vətəndaşlığı | |
Boyu | 183 sm |
Çəkisi | 77 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Serena karyerası ərzində bir sıra İtaliya klublarında çıxış edib: "Montebelluna", "İnter", "Komo", "Bari", "Milan", "Yuventus" və "Torino".
Treviso əyalətinin Montebelluna şəhərində anadan olan Serena gənclik illərini doğma şəhərinin gənclər akademiyasında oynayaraq keçirib. 1977-ci ildə D Seriasında çıxış edən "Montebelluna" komandasında peşəkar debüt etdikdən və debüt mövsümündə 29 oyunda 9 qol vurduqdan sonra Serena növbəti mövsümdə 1978-ci ildə ilk dəfə "İnter" klubuna qoşuldu; onun "Latsio" klubuna qarşı keçirilən Seria A-da ilk oyunu 4:0 qələbə hesabı ilə bitdi və qollardan birinin müəllifi özü oldu. O, klubda keçirdiyi ilk mövsümdə 1981-82 İtaliya Kubokunu qazansa da əsasən ehtiyat oyunçu sayılırdı və buna görə də bir neçə digər İtaliya kublarına icarəyə verilırdı; o, icarə əsasında "Komo", "Bari", derbi rəqibi "Milan"və "Torino" klublarında hərəsində bir mövsüm çıxış etmişdir. O, həmçinin 1985-1987-ci illər arasında rəqib "Yuventus"la uğurlu iki mövsüm keçirdi, A Seriyasında 51 oyuna 21 qol vurdu, həmçinin 1985-ci ildə Qitələrarası Kuboku və 1985-86 Seriya A çempionluğunu qazandı; Turin təmsilçisinin formasıyla o, bütün yarışlarda ümumilikdə 71 oyuna 36 qol vurmuşdur. Serenanın 1987-ci ildə "İnter"ə ikinci qayıdışı daha böyük uğur gətirdi. Onun Milan təmsilçisinin formasıyla keçirdiyi ən uğurlu mövsüm 1988-89-cu illərə təsadüf etdi, həmin dövrdə klubun baş məşqçisi Covanni Trapattoni idi və klub tarixində 13-cü dəfə 58 rekord xal sayı ilə Skudettonu qazandı, Serena isə 22 qolla mövsümum bombardiri oldu. Daha sonra klubla 1989 İtaliya Superkubokunu və 1990-91 UEFA Kubokunu qazandı.[3][4][5][6]
Serena və Kristian Vyeri (2005-ci ildə) Turin və Milanın rəqib komandalarının hər ikisində oynamış yeganə futbolçulardır[6] və Serena həm də üç klubla (Yuventus, İnter, Milan) Serie A titulunu qazanan altı futbolçudan biridir; bunu bacaran digər oyunçular Covanni Ferrari, Filippo Cavalli, Pyetro Fanna, Serjo Qori və Attilio Lombardodur.[7][8]
İtaliya çempionu : 1986
İtaliya çempionu : 1992, 1993
İtaliya çempionatının bombardiri : 1989 (22 qol)
Klub | İllər | Oyun | Qol |
---|---|---|---|
Montebelluna | 1977-1978 | 29 | 9 |
İnter Milan | 1978-1979 | 2 | 1 |
Komo | 1979-1980 | 18 | 2 |
Bari | 1980-1981 | 35 | 12 |
İnter Milan | 1981-1982 | 30 | 5 |
Milan | 1982-1983 | 28 | 8 |
İnter Milan | 1983-1984 | 37 | 10 |
Torino | 1984-1985 | 35 | 9 |
Yuventus | 1985-1987 | 71 | 35 |
İnter Milan | 1987-1991 | 153 | 62 |
Milan | 1991-1993 | 17 | 0 |
Cəmi | 455 | 153 |