Alectoris chukar

Xınalı kəklik[3] (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü.

Xınalı kəklik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
???:
Xınalı kəklik
Beynəlxalq elmi adı

Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir.

Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adalarıCənubi Afrikaya köçürülmüşdür. 4600 metrə qədər olan səhra və meşə ətrafı ərazilərdə yayılırlar.

Kifayət qədər səs-küylüdürlər. «Kok, kok, kok, kok-kok-kok» kimi uzantılı səslər çıxarırlar.

Quş yüksək məhsuldarlıdır. Dişiləri bir dəfəmə 7-22 yumurta qoya bilir. Qırt yatma dövrü 24 gündür. Quş həyatın ilk ilində yetkinliyə çatır.

Yayda bitki və heyvan yemləri ilə qidalanır. Qışda isə qidasının əsasını dən təşkil edir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə 26 yarımnövə malikdir.

Bağlı vəziyyətdə saxlanılması

[redaktə | mənbəni redaktə et]

Tez-tez bağlı vəziyyətdə saxlanılmasına rast gəlinir, quş döyüşlərinin pərəstişkarları arasında xüsusilə məşhurdur. Qapalı vəziyyətdə 20 ilədək yaxşı bir qayğı ilə yaşaya bilirlər.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. BirdLife International. (2016). '. The IUCN Red List of Threatened Species DOI:10.2305/IUCN.UK.2016-3.RLTS.T22678691A89355978.en