Aleksander Robertus Todd (2 oktyabr 1907[1][2][…], Qlazqo – 10 yanvar 1997[1][2][…], Kembric, Birləşmiş Krallıq ) — İngilis üzvi kimyaçısı, London Kral Cəmiyyətinin üzvü (1942)[7], kimya üzrə Nobel mükafatı laureatı (1957), Britaniya İmperiyasının Cəngavəri (1954)
Aleksander Robertus Todd | |
---|---|
ing. Alexander Robertus Todd | |
Doğum tarixi | 2 oktyabr 1907[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1997[1][2][…] (90 yaşında) |
Vəfat yeri | |
Uşağı | 3[3] |
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcələri |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
2 oktyabr 1907-ci ildə Qlazqoda anadan olub. Qlazqo Universitetini bitirdikdən sonra 1931-ci ildə Frankfurt Universitetində, 1933-cü ildə isə Oksfordda fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Sonra bir sıra təhsil ocaqlarında, elmi müəssisələrdə çalışıb. 1938-ci illərdə Mançester Universitetində kimya laboratoriyalarının direktoru, daha sonra 1944-cü ildən Kembric Universitetində üzvi kimya professoru vəzifələrində işləmişdir. 1952-1964-cü illərdə hökumətin Elmi Siyasət Məsləhət Şurasının sədri olub. 1960-1962-ci illər ərzində Böyük Britaniya Kimya Cəmiyyətinin prezidenti vəzifəsini icra edib. 1957-ci ildə “ Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə “ Nobel mükafatı alıb. 1975-1980-ci illərdə London Kral Cəmiyyətinin prezidenti kimi fəaliyyətini davam etdirib. 1955-ci ildə ABŞ Milli Elmlər Akademiyasının [8], 1982-ci ildə isə SSRİ Elmlər Akademiyasının [9] əcnəbi üzvü seçilib.
Aleksander Robertus Todd 10 yanvar 1997-ci ildə Kembricdə vəfat edib.
Aleksander Robertus Toddun əsas əsərləri - nukleozidlərin və nuklein turşularının kimyasına dair - bu tip kimyəvi birləşmələrin quruluşu və sintezi üsulları haqqında müasir fikirlərin əsasını təşkil edib. A.R.Todd sintetik üzvi kimya, təbii birləşmə kimyası və B12 vitamininin quruluşu və sintezi də daxil olmaqla digər tədqiqatlar da aparmışdır.
1937-ci ildə Aleksander Robertus Todd, 1936-cı il Nobel mükafatı laureatı olan Henri Hallet Dalenin qızı Alison Sarah Dale ilə evləndi. Bu nigahdan onun bir oğlu Alexander Henry və iki qızı Helen Jean və Hilari Alison olub. Onun həyat yoldaşı Alison Sarah Dale 1987-ci ildə vəfat edib.[10]
1992-ci ildə “İnsanlığa Xəbərdarlıq” [11] imzaladı.