Aleksandr Alekseyeviç Avdeyev (rus. Алекса́ндр Алексе́евич Авде́ев; 8 sentyabr 1946, Kremençuk, Poltava vilayəti) — SSRİ və Rusiya siyasətçisi, diplomatı. 11 yanvar 2013-cü ildən Fövqəladə və Səlahiyyətli Səfir statusunda Rusiya Federasiyasının Vatikandakı səfiridir. Rusiya Federasiyası Diplomatik Xidmətinin əməkdar işçisi (2016). 2008–2012-ci illərdə Rusiya Federasiyasının mədəniyyət naziri olmuşdur.
Aleksandr Avdeyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Alekseyeviç Avdeyev 1968-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. O, SSRİ-nin Əlcəzairin Ənnabə şəhərindəki Baş Konsulluğunun köməkçisi, daha sonra SSRİ-nin Əlcəzairdəki səfirliyinin attaşesi (1968–1971) vəzifələrində çalışmışdır. Sonra SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləmişdir. 1977-ci ildə Avdeyev Fransaya göndərilmiş, orada SSRİ-nin Fransadakı səfirliyinin ikinci və birinci katibi vəzifəsində çalışmışdır. 1985–1987-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin birinci Avropa şöbəsinin müşavir rütbəsi ilə sektor müdiri vəzifəsində çalışmışdır. Sonra Avdeyev SSRİ-nin Lüksemburqdakı fövqəladə və səlahiyyətli səfiri (1987–1990), SSRİ xarici işlər nazirinin müavini (1991), Rusiyanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri (1999–1992), Rusiya xarici işlər nazirinin müavini (1996–1998) və xarici işlər nazirinin birinci müavini (1998–2002) vəzifələrində çalışmışdır. 2002-ci ilin martında Avdeyev Rusiyanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 12 may 2008-ci ildə Vladimir Putin hökumətinin formalaşması zamanı Aleksandr Avdeyev mədəniyyət naziri təyin edilmişdir.[1] 11 yanvar 2013-cü ildən Fövqəladə və Səlahiyyətli Səfir statusunda Rusiya Federasiyasının Vatikandakı səfiridir.[2]