Aleksandr Belinçenko

Aleksandr Belinçenko Viktoroviç (ukr. Бєліченко Юрій Вікторович; 2 oktyabr 1966, Kiyev) — Birinci Qarabağ müharibəsində iştirak etmiş ukrayn əsilli hərbi pilot. Kapitan rütbəsi daşıyan Belinçenko 1987-ci ildə Azərbaycan SSR-də xidmət etməyə başlayıb və SSRİ dağıldıqdan sonra xidmətini Azərbaycan Hərbi Hava Qüvvələri tərkibində davam etdirib. Pilotun idarə etdiyi MiQ-25 qırıcı təyyarəsi 1992-ci ilin 20 avqust tarixində keçmiş Ağdərə rayonunu Mehmana kəndi üzərində vurulub və pilot əsir götürülüb.

Aleksandr Belinçenko
ukr. Бєліченко Юрій Вікторович
Şəxsi məlumatlar
Doğum tarixi 2 oktyabr 1966(1966-10-02) (57 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Ukrayn
Hərbi fəaliyyəti
Rütbəsi kapitan
Döyüşlər

Aleksandr Belinçenko Poltava vilayətində anadan olub. 1987-ci ildə Armavirdə Ali Hərbi Uçuş Məktəbini bitirib. Həmin il Azərbaycan SSR-ə xidmətə göndərilib. O, Zaqafqaziya Hərbi Dairəsinin 19-cu Hava Hücumundan Müdafiə Ordusunun 82-ci Qırıcı Aviasiya Alayının tərkibində xidmət edib. Beş il Türkiyə və İranla hava sərhədlərini MiQ-25 təyyarələrində qoruyub. 1992-ci ilin aprelində SSRİ Hərbi Hava Qüvvələrinin kapitanı Belinçenkonun xidmət etdiyi aviasiya alayı ləğv edildi. Azərbaycanın müstəqilliyini elan etməsi ilə Beliçenkoya ayda 5000 dollar maaş və mənzil vəd edərək Azərbaycan təyyarələri ilə Dağlıq Qarabağa döyüş tapşırıqlarını yerinə yetirmək təklif edildi.[1][2][3]

1992-ci ildən evli idi, ailəsi, o cümlədən oğlu və qızı Kiyevdə yaşayırdı.[1]

Birinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında olan pilotların əksəriyyəti muzdlu əsgərlər idi, çünki Azərbaycanın özündə döyüş təyyarələrini idarə edə bilən pilotlar çox az idi.[2] Azərbaycanın Ermənistanın Dağlıq Qarabağ şəhərlərinə etdiyi aviahücumların əksəriyyəti, Belinçenkonun sözlərinə görə dinc əhalini ruhdan salmaq məqsədi daşıyıb. 20 avqust 1992-ci ildə Mardakert rayonunda gedən döyüşlər zamanı Belinçenkonun MiQ-25PD təyyarəsi Mehmana kəndi üzərində zenit atəşi ilə vurulub.[1] Pilot katapult edə bilib və əsir götürülüb, bundan sonra o Dağlıq Qarabağa aparılıb və orada xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında Azərbaycanın muzdlulardan istifadə etməsi nümunəsi kimi göstərilib.[4] Belinçenkonun ifadəsinə görə, bölməsi dağıdılandan sonra onun gedəcək yeri qalmayıb. Ümumilikdə, Belinçenkonu bombalamaq məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında olduğu müddətdə MiQ-25PD təyyarəsi ilə 16 uçuş həyata keçirib. Dağlıq Qarabağ rejimi tərəfindən ölüm cəzasına məhkum edib və sonradan əfv olunub.[3] Əfv olunandan sonra Belinçenko, bəzi mənbələrə görə, Stepanakert hava limanının rəisi vəzifəsində çalışıb. Başqa məlumata görə Ukrayna prezidenti Leonid Kuçmanın müraciətinə cavab olaraq Ermənistan prezidenti Levon Ter-Petrosyanın qərarı ilə əfv olunduqdan sonra Belinçenko Ukraynaya göndərilib.[5] Lakin Ukraynanın Ermənistandakı birinci fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bojkonun sözlərinə görə, Stepanakert həbsxanasından çıxandan dərhal sonra Yuri Belinçenko Rusiyaya gedib.

Belinçenkonun sonrakı taleyi məlum deyil.[6]

  1. 1 2 3 "СЛАВЯНЕ ПОД ИСЛАМСКИМИ ЗНАМЕНАМИ. Наемник". AiF (rus). 1992-11-25. İstifadə tarixi: 2024-06-14.
  2. 1 2 "Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh Human rights documents"(том 1245). Изд-во Human Rights Watch, 1994 г. ISBN 1-56432-142-8, 9781564321428 стр 108(118)
  3. 1 2 Жирохов Михаил "Воздушная война в Нагорном Карабахе"(журнал Авиамастер № 6//2000 г. стр. 6)
  4. Жирохов Михаил "Воздушная война в Нагорном Карабахе"(журнал Авиамастер № 6//2000 г. стр. 6)
  5. "EurAsia Daily, 5 июля 2016. Армянский эксперт: В Первую карабахскую войну украинские неонацисты служили в армии Азербайджана летчиками и артиллеристами". 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-16.
  6. Олександр Божко. "По следам одного процесса". ARAVOT. 2018-01-08. 2019-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-17.