Aleksandr Darqomıjski

Aleksandr Sergeyeviç Darqomıjski (rus. Александр Сергеевич Даргомы́жский; 14 fevral 1813[1][2]17 yanvar 1869[3], Sankt-Peterburq[4]) — məşhur rus bəstəkarı, operaçıvokal musiqi bəstəkarı[5]

Aleksandr Darqomıjski
Aleksandr Sergeyeviç Darqomıjski
Doğum tarixi
Doğum yeri Rusiya
Vəfat tarixi
Vəfat yeri Rusiya Rusiya
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Milliyyəti Rus
İxtisası operaçı, rus bəstakarı
Fəaliyyəti bəstəkar, pianoçu
Tanınır "Su Pərisi" operası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1817- ci ildə Dargomijskilər Peterburqa köcür və orada bəstəkarmusiqi ilə hərtərəfli tanış olur. 1835- ci ildə Qlinka ilə görüşür. 1844- cü ildə Dargomijski ilk dəfə olaraq xaricə getmiş və bir çox ölkələrdə olmuşdur. 1850- ci illərin axırlarında Dargomijski ədəbiyyat və incəsənətdə qabaqcıl azadlıq ideyası daşıyan gənc nəslin nümayəndələri ilə şəxsi və bədii yaradıcılıq əlaqəsi saxlayırdı. 1865-ci ildə Dargomijski ikinci dəfə səyahətə çıxmışdı.[5] Qlinka sənətindən bəhrələnmiş bəstəkar öz əsərlərində dahi sələfinin yaratdığı klassik ənənələri davam etdirmiş, onun başladığı milli məktəbin yaradılması işini başa çatdırmışdır. Demək olar ki, Darqomıjski öz sənətində ilk addımları Qlinkanın zəngin əsərlərindən ilhamlanaraq atmışdır.

Darqomıjskinin dünyagörüşü, estetik zövqü XIX əsrin 30-40-cı illərində formalaşmışdı. Bu, rus mədəniyyətinin inkişafında böyük,müsbət dəyişikliklər baş verən bir dövr idi. Darqomıjskinin hələ ilk əsərlərində dövrün mütərəqqi ideyaları, demokratik əhvali-ruhiyyələri öz əksini tapırdı. Darqomıjskinin yaradıcılığına Lermontov, Nekrasov, Qoqol, xüsusən Puşkin kimi görkəmli şair və yazıçıların təsiri olduqca böyük olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1820- ci ildə Dargomijski ilk əsərini yazır. 1835- ci ildə Qlinka ilə görüşür və bu göşdən sonra "Esmiralda" ilk operasını yazmışdı. A.S.Puşkinin sözlərinə "Vaxtın təntənəsi" kantatasını yazmışdır. 1840- ci illərin ikinci yarısında bir sıra gözəl romanslar bəstələmişdir. 1850- ci illərin axırlarında Drgomijski ədəbiyyat və incəsənətdə qabaqcıl azadlıq ideyası daşıyan gənc nəslin nümayəndələri ilə şəxsi və bədii yaradıcılıq əlaqəsi saxlayırdı.

1865-ci ildə Darhomijski ikinci dəfə səyahətə çıxmışdı. Onun əsərləri berlində müvəfəqiyyət qazanmışdı. "Baba- Yaqa" ("Баба-Яга") ("Küpəgirən qarı"), "Ukrainski kazaçok" ("Украинская казачок") ("Ukrayna kazakı"), "Çuxonskaya fantaziya" ("Чухонская Фантазия") ("Çuxonun Fantaziyası") adlı pyesərini yazmışdır. 1860-cı illrin ortalarında Drgomijki misiqili- dramatik səhnə əsərlərinə yenidən metili artır. O, 1869- cu il yanvarın 17-də öz əsərini sona başa catdıra bilməyib vəfat etdi.[5]

Aleksandr Darqomıjski "Su Pərisi" operası

[redaktə | mənbəni redaktə et]

Bu opera 10 il əvvəl onun fikrinə düşsə də, 1855-ci ildə "Su Pərisi" operasını başa çatdırmışdır. Bu xalq, məişət musiqili dram janrında yazılmış ilk klassik rus operasıdır.[5]

  1. Alexander Sergejewitsch Dargomyschski // Brockhauz Ensiklopediyası (alm.).
  2. Alexander Sergeyevich Dargomïzhsky // Musicalics (fr.).
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Даргомыжский Александр Сергеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 3 4 Musiqi ədəbiyyatı kitabı,T.Hüseynova , 6-7 sinif, səh27

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]