Aleksandr Dubov

Aleksandr Dubov (1877, Helsinki1964, Bakı) ― 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar. O, Bakıda bir çox monumental binaların tikintisində iştirak etmiş bəzi binaların o cümlədən də 1918-ci il soyqırımında yandırılmış İsmailiyyə sarayının 1922–1923-cü illərdə bərpasında iştirak etmişdir.[1]

Aleksandr Dubov
rus. Дубов Александр Яковлевич
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Helsinki
Vəfat tarixi
Vəfat yeri Bakı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Sankt-Peterburq, Qaqra, Bakı
Abidələrin bərpası İsmailiyyə Sarayının bərpası 1922-1923-cü illər

Mülki mühəndis Aleksandr Dubov 1877-ci ildə Helsinkidə anadan olub, orada yaşayıb və təhsil alıb. O dövrdə Finlandiya Rusiya İmperiyasının tərkibində olub.Orta məktəbi bitirdikdən sonra Peterburqda yerləşən tikinti məktəbində təhsil alıb. Sonradan isə təhsilini Finlandiyada yerləşən Texniki Peşə Məktəbində davam etdirib.[1]

İlk tikinti fəaliyyətinə Rusiyada 1900-cü ildə başlayıb. Burada o Politexnik İnstitutunun köməkçi binalarının tikintisində iştirak edib. Burada o, Rusiya İmperiyasında dəmir beton konstruksiyaları tətbiq edən fransızlarla əməkdaşlıq edir. Bu əməkdaşlığı nəticəsində bu sahədə böyük təcrübə qazanır. 1902–1904-cü illərdə Qaqrada İmperator II Nikolayın kiçik bacısı Olqa Aleksandrovanın həyat yoldaşı şahzadə Aleksandr Oldenburq üçün saray tikir. Sovet işğalından sonra bu saray "Ritsa" sanatoriyasına çevrilir. Tikinti bitdikdən sonra gördüyü işə görə şahzadə Oldenburq Dubova üzərində adı yazılmış gümüş portsiqar hədiyyə edir.[1]

Qaqarada Oldenburqun sarayının açılışında iştirak edən Hacı Zeynalabdin Tağıyevə memar Aleksandr Dubovu təqdim edirlər. Şahzadə Oldenburq tərəfindən müsbət rəy verilən Dubova Tağıyev Bakıdakı tikinti işlərindən danışır və ona Bakıya köçməyə dəvət edir. Dubov Tağıyevin təklifini dəyərləndirərək Bakıya köçməyi qəbul edir və ailəsi ilə birlikdə 1904-cü ildə Peterburqdan Bakıya köçür.[1]

O, Bakıda da dəmir beton konstruksiyalardan istifadə etməyə başlayır. İlk iş kimi Tağıyev pasajının dayaqlarının möhkəmləndirir. Lakin binanın sahibi dəmir betona etibar etmir, ona görə Dubovla müqavilə imzalayır. Müqavilənin şərtlərinə görə əgər dəmir beton konstruksiya dağılsaydı, Dubov binanın 5 günə bərpa etməli və dəymiş ziyanın 3 qat artığını ödəməli idi. Sonradan Dubov dəmir beton üzrə mütəxəssis kimi fəaliyyət göstərməyə başlayır. "Kayalov" şirkətində tikinti rəisi işləməklə yanaşı, Ter-Mikelovla birlikdə binaların layihələndirməsi ilə məşğul olur və nəticədə onun müavini kimi bir neçə binaların da həmmüəllifi olur.[1]

Sovet işğalından sonra isə Bakıda 1926–1927-ci illərdə Dövlət Bankının işçiləri evinin, Dövlət Bankının binasının, Mərdəkanda sanatoriyanın tikintisində və İsmailiyyə sarayının bərpasında iştirak edib. 80 yaşına qədər fəaliyyət göstərib. 1964-cü ildə Bakıda dünyasını dəyişib.[1]

Aleksandr Dubovun iki oğlu Viktor və Dmitri də sonradan memar olurlar.[1]

1904-cü ildən 1018-ci ilə qədər Hacı Qasımov, Qavriil Ter-Mikelov və Aleksandr Dubov birlikdə yaradıcı birlik qururlar. Burada sifarişləri alıb onları layihələndirib tikintisi ilə məşğul olurlar.[2] Hacı Qasımov işlərin təşkili, müqavilələrin bağlanması, materialların təmin edilməsi və binaların tikintisi ilə məşğul olur. Bu birlik çox uğurlu və məhsuldar olur. Bu birliyin ərsəyə gətirdiyi işlər bunlardır:[1]

1904–1918-ci illər ərzində layihələndirilmiş və tikilmiş binalar:

  1. 1 2 3 4 5 6 7 8 "Дубов Александр Яковлевич - строитель и архитектор" (rus). ourbaku.com. 22 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2021.
  2. "Тер-Микелов Гавриил Михайлович - архитектор" (rus). ourbaku. 30 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2021.