Aleksandr Litvinov

Aleksandr Arkadyeviç Litvinov (rus. Александр Аркадьевич Литвинов; 15 iyul 1898, Bakı6 may 1977, Sverdlovsk) — SSRİ ssenaristi, rejissor, RSFSR-in Əməkdar incəsənət xadimi (1959)

Aleksandr Litvinov
rus. Александр Аркадьевич Литвинов
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Sverdlovsk, RSFSR, SSRİ
Dəfn yeri
  • Şirokaya-Reçka qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti ssenarist
rejissor
Təhsili
Mükafatları RSFSR əməkdar incəsənət xadimi
IMDb ID1317978

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Litvinov 1918-1920-ci illərdə Bakı Dövlət Universitetinin Tibb fakültəsində oxumuşdur. 1920-1926-ci illərdə AFKİ-nin rəhbəri olmuşdur. 1927-1937-ci illərdə "Mosfilm"in, 1938-1948-ci illərdə "Sibtexfilm"in, 1948-1957-ci illərdə isə Sverdlovsk kinostudiyasının rejissoru işləmişdir. 1958-1967-ci illər ərzində Sverdlovsk Kinematoqrafçılar İttifaqının sədri olmuşdur.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) — rejissor; ssenarist
  2. Azərbaycana səyahət (film, 1924) (sənədli film) — ssenarist
  3. Əvəz-əvəzə (film, 1925) (tammetrajlı bədii film) — rejissor; ssenarist
  4. Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor; ssenarist
  5. Həyat uğrunda mübarizə (film, 1926) (tammetrajlı sənədli film) — rejissor

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]