Qafqaz rəqsi (film, 1898)

Qafqaz rəqsi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film.[2]

Qafqaz rəqsi
Filmi anons edən "Kaspi" qəzeti (2 avqust 1898)
Filmi anons edən "Kaspi" qəzeti (2 avqust 1898)
Janr sənədli film, səssiz film
Rejissor Aleksandr Mişon[1]
Prodüser
Ssenari müəllifi Aleksandr Mişon
Operator Aleksandr Mişon
İlk baxış tarixi 2 avqust 1898
Filmin növü qısametrajlı sənədli film-konsert
Ölkə
Dil səssiz
Texniki məlumatlar 1 hissə
35 mm
Rəng ağ-qara
IMDb ID1441350

Əyninə milli paltar geymiş rəqqas Qafqaz rəqsini ifa edir. Onun ağzında, əllərində və belində xəncərlər var. O, hər dəfə rəqs edə-edə səhnənin ortasına çatanda başı üzərindən xəncəri arxaya tullayır və xəncər taxta döşəməyə sancılır. Bu minvalla rəqqas xəncərlərin hamısını yerə sancıb qurtarana kimi rəqs edir.[1]

Kinosüjet film-konsert janrında çəkilmiş ilk Azərbaycan filmidir.[3]

Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.

Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi",""İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Aleksandr Mişon
Ssenari müəllifi: Aleksandr Mişon
Operator: Aleksandr Mişon
  1. 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.6.
  2. İlk Azərbaycan filmləri: ["İlişdin", "Qafqaz rəqsi", "Arvad"] //Ekran efir.- 2008.- 1 avqust.- S. 19.
  3. Aydın Kazımzadə. Azərbaycan kinosu - 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.7.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.