Aleksandr Petroviç Vasyak (26 noyabr 1954, Leninqrad – 20 noyabr 2021, Moskva) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Qarabağ müharibəsinin iştirakçısı.[1]
Aleksandr Vasyak | |
---|---|
Aleksandr Petroviç Vasyak | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 noyabr 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2021 (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | uzun sürən xəstəlik |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Ukraynalı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | piyada |
Rütbəsi | General-mayor |
Vəzifəsi |
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi Hərbi Elmi Mərkəz Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi |
Döyüşlər | |
İstefada | 2019-cu ildən |
Təltifləri |
Aleksandr Petroviç Vasyak 26 noyabr 1954-cü ildə anadan olub.[2]
A.Vasyak 20 ildən artıq müddətdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. General-mayor rütbəsinə qədər yüksəlib.[3]
Birinci Qarabağ müharibəsinin ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında aktiv iştirak edib. A.Vasyak həmçinin 1992-ci ildə Ağdərə istiqamətində ermənilərə qarşı uğurlu əməliyyatlarda şəxsən iştirak edib.[2]
General birinci Qarabağ müharibəsindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışıb. Bir müddət sonra Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən Bakıya çağırılaraq nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin edilib.[4]
A.Vasyak Noyabrin 20 Rusiya Federasiyasının Moskva şəhərində dünyasını dəyişib.[4]
Müdafiə Nazirliyinin rəsmilərindən general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb. General-mayorun nəşi Bakıya gətirilərək, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınıb. Dəfn mərasimi noyabrın 29-də baş tutub.[4]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor Aleksandr Vasyak "Vətən uğrunda" medalı ilə təltif edilib.[3] O, "Hərbi xidmətlərə görə" medalı ilə də təltif olunub.[mənbə göstərin]