Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis[3] – 17 mart 1926[1][2][…], Moskva[2]) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923).
Aleksey Brusilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1853 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1926[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Rusiya İmperator Ordusu, Qızıl Ordu |
Rütbəsi | poruçik, ştabs-kapitan, kapitan, Rotmistr, podpolkovnik[d], polkovnik, general-mayor, general-leytenant, tam süvari generalı[d], general adyutant[d] (10 (23) aprel 1915) |
Döyüşlər |
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur.
27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
1881-ci ildə xidmət etmək üçün Sankt-Peterburqa gəlmiş, 1883-cü ildə eskadronun elmi şöbəsini və yüzlərlə komandirini "əla" kateqoriyasında bitirmişdir. 1883-cü ildən Məmur süvari məktəbində xidmət etmişdir: 1890-cı ildən - at sürmə və sarğı şöbəsi müdirinin köməkçisi; 1891-ci ildən - eskadron və komandir şöbəsinin rəisi; 1893-cü ildən - draqun şöbəsinin müdiri olmuşdur. 10 noyabr 1898-ci ildən - direktor köməkçisi, 10 fevral 1902 - məktəbin müdiri olmuşdur. Brusilov təkcə Rusiyada deyil, xaricdə də kavaleriya və atçılıq idmanının görkəmli bilicisi kimi tanınmışdır.
Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6-8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2-3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi.
Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top).
Cənub-qərb cəbhəsinin hücumu 22 mayda (4 iyun) o vaxt üçün güclü artilleriya hazırlığından sonra başladı. Ən böyük uğura 8-ci ordu zolağında (kom. general A.M.Kaledin) Lutsk istiqamətində nail olunmuşdu. Nosoviçi, Korıto (Lutsk sıçrayışı adlandırılan) sahəsində 16 km cəbhəni yararaq, o 25 maya qədər cəbhə boyu eninə yarığı 70–80 km, dərinə 25–35 km genişlədərək Lutsku tutdu. 2 iyuna qədər 8 -ci ordu general A. Linzingenin ordular qrupundan olan ershersoq İosif Ferdinandın 4-cü Avstro-macar ordusunu darmadağın edərək 65–75 km irəlilədilər. Rezervləri tükədib və Kiselin rayonunda Fransadan və cəbhənin başqa sahələrindən gətirilmiş alman hissələrinin inadlı müqavimətinə rast gələrək o irəliyə hərəkətini dayandırdı. Bu həm də ona görə edildi ki, hücum qonşu Qərb cəbhəsinin 3-cü ordusu tərəfindən dəstəklənmədi. 3 iyundan 22 iyuna qədər 8-ci ordu generallar Q.Marvits, E.Fankelhayn və F.Bernqardinin ordu qruplarının əkszərbələrini dəf edirdi. 11 iyunda Cənub-qərb cəbhəsinə 3-cü ordu verildi. 8-ci və 3-cü ordular (gen. L.P.Leş) Stoxod çayını forsaj etməyə və Kovali tutmağa çalışdılar, lakin almanların iri qüvvələr çəkərək buranı güclü möhkəmlətməsi onlara imkan vermədi. 11-ci ordu (kom. gen. V.V.Saxarov)Sapanov yanında cəbhəni yardı, lakin rezervin olmaması hücumu davam edə bilmədi. 7-ci ordu (kom. gen. D.Q.Şerbaçev Yazlovitsa rayonunda müdafiəni 7 km sahədə yardı, lakin rəqibin general Böm-Ermolinin ordu qrupundan və gen. Botmerin Cənub ordusu tərkibindən olan iri qüvvələrinin əskzərbələri hücumu dayandırdı. 9-cu ordunun (kom. gen. P.A.Leşitski) əməliyyatları uğurla davam edirdi. 11 km cəbhəni Onut, Dobronouts sahəsində yararaq, 7-ci Avstriya-macar ordusunu darmadağın etdi və 5 iyunda Çernovtsını aldı.