AliExpress (çin. 全球速卖通) — Çində yerləşən və Alibaba Group-a məxsus onlayn pərakəndə satış xidməti.[1] 2010-cu ildə istifadəyə verilmiş veb-sayt,[2][3] Çində və Sinqapur kimi ölkələrdə beynəlxalq onlayn alıcılara məhsullar təklif edən kiçik bizneslərdən ibarətdir. AliExpress Rusiyada ən çox ziyarət edilən e-ticarət veb-saytı,[4] Braziliyada isə ən populyar 10-cu vebsaytdır.[5] Veb-sayt kiçik bizneslərin bütün dünyada satış etməsini asanlaşdırır. AliExpress eBay ilə müqayisə edilir, çünki satıcılar müstəqildirlər və alıcılara məhsul təklif etmək üçün platformadan istifadə edirlər.[6][7]
AliExpress | |
---|---|
URL | aliexpress.com/index.html |
Tipi | müəssisə, onlayn-mağaza[d], Marketpleys |
Sahibi | Alibaba Group |
Vikianbarda əlaqəli mediafayllar |
AliExpress biznesdən biznesə alış-satış portalı kimi faəliyyətə başlayıb. Daha sonra isə biznes-istehlakçı, istehlakçı-istehlakçı, bulud hesablama və ödəniş xidmətlərini əhatə etməklə genişlənib. 2016-cı ildən AliExpress veb-saytı ingilis, ispan, holland, fransız, italyan, alman, polyak, türk, portuqal, indoneziya və rus dillərində işləyir. Dilləri siyahıda olmayan ölkələr üçün defolt olaraq ingilis dili təklif olunur.[8] AliExpress tez-tez birbaşa göndərmə (dropshipping) biznes modelindən istifadə edən e-ticarət mağazaları tərəfindən istifadə olunur.[9]
AliExpress-də satıcılar şirkətlər və ya fiziki şəxslər ola bilər. AliExpress Amazon-dan fərqlidir, çünki o yalnız e-ticarət platforması kimi fəaliyyət göstərir və özü məhsulları birbaşa istehlakçılara satmır.[10] AliExpress Çin müəssisələrini alıcılarla birbaşa əlaqələndirir. Pərakəndə satıcıların əksəriyyəti Çindən olsa da, AliExpress beynəlxalq alıcılara yönəlib və Materik Çindəki müştərilərə satış etmir.[5]
2020-ci ilin noyabrında Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi 42 digər Çin tətbiqi ilə birlikdə AliExpress mobil telefon proqramına qadağa tətbiq etdi.[11]
2022-ci ildə ABŞ-nin Ticarət Nümayəndəliyi AliExpress-i saxtakarlıq və piratçılığa görə pisniyyətli bazarlar siyahısına əlavə etdi.[12][13]