Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin.[1] Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər.[1] Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər.[1] Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir.
Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər.[2] Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır".[2]
1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı. Bu şüur "bütün təcrübədən və beləliklə, həm nəzəri, həm də praktiki (instinkt) bütün səbəblərdən kənarda yatan" şüurdur.[4]
Yasuo Kamataya görə, Şopenhauerin "daha yaxşı şüur" ideyası öz mənşəyini Fixtenin "ali şüur"[5] və ya "daha yüksək intuisiya" ideyasında[6] tapır, həm də Şellinqin "intellektual intuisiya" anlayışına bənzəyir.[5] Şopenhauerin özünün fikrinə görə, onun "daha yaxşı şüur" anlayışı Şellinqin "intellektual intuisiya" anlayışından fərqli idi, çünki Şellinqin konsepsiyası anlayışın intellektual inkişafını tələb edirdi, "daha yaxşı şüur" konsepsiyası isə "idrakla heç bir əlaqəsi olmayan bəsirət parıltısı kimi" idi.[5]
Gerald Edelman ali şüuru və ya "ikinci dərəcəli şüur"u qavrayış və emosiyaları özündə birləşdirən sadə şüur kimi təyin olunan "birinci dərəcəli şüur"dan fərqləndirir. Ali şüur, əksinə, "şüurlu olmağın şüurunda olmaq qabiliyyətini özündə daşıyır" və "düşünən subyekt tərəfindən öz hərəkətlərini və emosiyalarını tanımağa imkan verir". Ali şüur minimal səviyyədə semantik qabiliyyət tələb edir və "ən inkişaf etmiş formada dil qabiliyyətini və ya bütün simvollar sistemini və qrammatikanı mənimsəməyi tələb edir".[7]
Beverley, James, Nelson's Illustrated Guide to Religions: A Comprehensive Introduction to the Religions of the World, Thomas Nelson, 2009, ISBN978-0785244912.
Crowley, Aleister. The Law is for All. New Falcon Publications. 1996. ISBN1-56184-090-4.
DeVries, Dawn, 12. 'Be Converted and Become as Little Children': Friedrich Schleiermacher on the Religious Significance of Childhood // Bunge, Marcia JoAnn (redaktor), The Child in Christian Thought, Wm. B. Eerdmans Publishing, 2001.
Dutta, V., "Repression of Death Consciousness and the Psychedelic Trip", Journal of Cancer Research and Therapeutics, July–September 2012: 336–342.
Hanegraaff, Wouter J., New Age Religion and Western Culture. Esotericism in the mirror of Secular Thought, Leiden/New York/Koln: E.J. Brill, 1996.
Hanegraaff, Woutner J. "New Age Spiritualities as Secular Religion: A Historian's Perspective". Social Compass. 46 (2). 1999: 145–60. doi:10.1177/003776899046002004.
Heisig, James W., Awakening and Insight: Zen Buddhism and Psychotherapy // Polly Young-Eisendrath; Shoji Muramoto (redaktorlar ), Jung, Christianity, and Buddhism., Routledge, 2003.
Ladd, Andrew; Anesko, Michael; Phillips, Jerry R.; Meyers, Karen, Romanticism and Transcendentalism: 1800-1860, infoBase Publishing, 2010.
Merklinger, Philip M., Philosophy, Theology, and Hegel's Berlin Philosophy of Religion, 1821-1827, SUNY Press, 1993.
Miller, H. L., redaktorThe SAGE Encyclopedia of Theory in Psychology, 1, Thousand Oaks, California: Sage Publications, 2016, 409–411.
Holcombe, A. D.; Holcombe, S. M. "Biblically-Derived Concept of Mankind's Higher-Self-Lower Self Nature". Journal of Religion & Psychical Research. 28 (1). 2005: 20–24.
Prophet, Erin. Elizabeth Clare Prophet: Gender, Sexuality, and the Divine Feminine // Giudice, Christian; Tøllefsen, Inga Bårdsen (redaktorlar ). Female Leaders in New Religious Movements. Springer International Publishing. 2018. ISBN978-3319615271.
Tumber, C. American Feminism and the Birth of New Age Spirituality: Searching for the Higher Self, 1875-1915. Rowman & Littlefield. 2002. ISBN978-0847697496.
Versluis, Arthur, American Transcendentalism and Asian Religions, Oxford University Press, 1993.