Yohann Qotlib Fixte

Yohann Qotlib Fixte (alm. Johann Gottlieb Fichte‎; alman: [ˈjoːhan ˈɡɔtliːp ˈfɪçtə];[9][10][11]; 19 may 1762[1][2][…]27 yanvar 1814[1][3][…] və ya 29 yanvar 1814[4][5][…], Berlin, Brendenburq əyaləti[d], Prussiya[7]) — Alman filosofu, alman idealizminin nümayəndəsi, İmmanuel Kantın nəzəri və etik əsərlərindən yaranan fəlsəfədə cərəyanlar qrupunun yaradıcılarından biri. Fixte çox vaxt fəlsəfi fikirləri Kant və alman idealisti Georq Vilhelm Fridrix Hegelin ideyaları arasında körpü rolunu oynayan bir fiqur kimi qəbul edilir. Rene Dekart və Kant kimi obyektivlik və şüur ​​problemi onun fəlsəfi mülahizələri üçün motiv rolunu oynayırdı. Fixte siyasi fəlsəfəyə dair də əsərlər yazır və buna görə də bəzi filosoflar onu alman millətçiliyinin atası kimi qəbul edirlər.

Yohann Qotlib Fixte
alm. Johann Gottlieb Fichte
Doğum tarixi 19 may 1762(1762-05-19)[1][2][…]
Vəfat tarixi 27 yanvar 1814(1814-01-27)[1][3][…] (51 yaşında) və ya 29 yanvar 1814(1814-01-29)[4][5][…] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi səpmə yatalaq[8]
Dəfn yeri
  • Doroteenştadt qəbiristanlığı[d]
Elm sahəsi fəlsəfə
İş yerləri
Təhsili
Elmi rəhbəri İmmanuel Kant
Tanınmış yetirmələri Fridrix Şellinq
Üzvlüyü
  • Bavariya Elmlər Akademiyası[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fixte hər şeydən əvvəl Kantın dualizminə (özündə şey -hadisə, təbiət- azadlıq) qarşı çıxırdı. Onun fikrincə bu ziddiyyətlilik təfəkkürün qalığıdır. Buna görə də onu aradan qaldırmaq zəruridir. Fixte vahid bir əsasdan çıxış edən bilik sistemi yaratmağa cəhd göstərirdi. Beləliklə o, Kantın təliminə yenidən baxmaq addımını atmışdır. O da Dekart kimi göstərirdi ki, bizim şüurumuzda ən mötəbər səhih olan mənlik şüurudur: "Mən varam", "Mən, mən kimi varam".[12]

İ. Fixte toxucu ailəsində doğulmuşdur. Maddi vəziyyətinin çətin olmasına baxmayaraq İyen və Leypsiq universitetlərində mükəmməl təhsil almışdır. Onun fəlsəfi ideyatarı əsas etibarilə 1794–1795-ci illərdə yazdığı "Ümumi elm təliminin əsası" əsərində irəli sürülmüşdür. Burada o sübut etməyə çalışmışdır ki, bütün elmlərin bünövrəsini "elm haqqında təlim" olan fəlsəfə təşkil edir[13].

Fixte fəlsəfəsinin çıxış nöqtəsini insan "Mən"i anlayışı təşkil edir. O, "Mən"i yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul edirdi. Bütün gerçək aləmi mütləq subyektin törəməsi hesab edərək, subyektdən asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin "Mən"i əslində təbiətdən təcrid edilmiş və başqa don geydirilmiş ruhdur. O, özünün bu idealist sistemini elmi təlim adlandırmışdı. Ona görə, bütün gerçəklik iki növ reallıqdan ibarətdir:

  • 1) özü-özünü yaradan reallıq — bu, "Mən" reallığıdır;
  • 2) qeyri- "Mən" reallığı — bu, "Mən" tərəfindən yaradılmış və tamamilə ondan asılıdır. Göründüyü kimi, Fixte fəlsəfəsində maddi aləm mənəvidən, obyektiv aləm isə subyektiv aləmdəm hasil edilir. Fixteyə görə, təbiət özlüyündə deyil, nə isə başqası naminə mövcuddur.

Fixte insanın təyini, əxlaqi və ictimai tərəqqi məsələlərinə xüsusi diqqət yetirmişdi. Gələcəkdə zəkanın hökm sürəcəyini bəyan edən Fixte "qapalı ticarət dövləti" utopiyasını yaratmışdı. Fixteyə görə, dövlətin nəzarət funksiyaları geniş olmalıdır. O, istehsalı və bölgünü planlaşdırmalıdır. Planlı iqtisadiyyata maneə olan yalnız öz qanunlarına əsasən inkişaf edən beynəlxalq ticarət ola bilər. Buna görə də Fixte başqa ölkələrlə kommersiya münasibətlərinə tam nəzarət edən qapalı ticarət dövlətini yaratmağı təklif edir. Fixtenin fəlsəfi maraqlarının rəngarəng olmasına baxmayaraq, o, naturfəlsəfə mövzularına elə də böyük maraq göstərmirdi. Fridrix Vilhelm Yozef Şellinq (1775–1854) Fixtenin yaradıcılığının əsas qüsurunu bunda görürdü. Öz fəlsəfi sistemini Şellinq "Təbiətin fəlsəfəsi ideyalarına dair", Transsendental idealizm sistemi" adlı əsərlərində əks etdirmişdir. Öz fəlsəfi fəaliyyətində Fixte mövcud olanın rasional rekonstruksiyasına cəhd göstərmişdir.

Şellinqə görə, əgər Fixte kimi, "Mən"dən başlasaq, onda təbiət haqqında mülahizələr qurarkən geriyə qayıtmalı olacağıq. Ona görə də əvvəlcə təbiətdən, onun xassələrindən başlamalı və yalnız sonra insanın şüurunun təhlilinə keçid etməlidir. Şellinqə görə, təbiət sadəcə maddi obyektlərin cəmi deyil. O, mütləq subyektdir. Bütün dünyanın ruhu var. Aləmin müxtəlif formaları ruhun, ağılın ifadəsi və əyani təzahürüdür. Mütləq əqil, mənəvi və maddinin, subyektiv və obyektivin ilkin əsası və mənbəyidir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Kroner R. Johann Gottlieb Fichte // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Johann Gottlieb Fichte // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 The Fine Art Archive. 2003.
  5. 1 2 Педагоги и психологи мира (rus.). 2012.
  6. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  7. 1 2 Фихте Иоганн Готлиб // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. https://www.deutschlandfunk.de/johann-gottlieb-fichte-unter-den-gesetzen-der-kausalitaet-100.html.
  9. "Duden | Johann | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Johann
  10. "Duden | Gottlieb | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 4 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Gọttlieb
  11. "Duden | Fichte | Rechtschreibung, Bedeutung, Definition". Duden (alman). 11 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2018. Fịchte
  12. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, "Turan evi", 2012. s.81
  13. Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, "Turan evi", 2012. s.81