Əli Yüksəl (1949, Antalya ili) — müəllim, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Əli Yüksəl | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Konya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1949 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
Əli Yüksəl 1949-cu ildə Antalya ilinin Doyran ilçəsində anadan olub.[1]
Avropa Milli Görüş Cəmiyyətində imam-hatip, şöbə sədri və sədr vəzifələrində çalışıb. DOST-YAR (Dostluq — Sosial-Mədəni Dayanışma və Yardımlaşma) Cəmiyyətinin qurucu prezidentidir. “Vilayət” qəzetinin İdarə Heyətinin sədridir.[1]
Yenidən Rifah Partiyasının qurucularından olub, QHT-lərlə iş üzrə sədr müavini və xaricdə yaşayan vətəndaşlarla iş üzrə sədr müavini vəzifələrində çalışıb. Hazırda İdarə Heyətinin üzvüdür.[1]
2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Konya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]
Almanca və ərəbcə bilir. Evli və 8 uşaq atasıdır.[1]