Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alidə Fərhad qızı Mustafayeva və ya Alidə Fərhadqızı (30 avqust 1987, Bakı) — azərbaycanlı aparıcı.
Alidə Mustafayeva | |
---|---|
Alidə Fərhad qızı Mustafayeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Fərhad Mustafayev |
Anası | İradə Kəsəmənli |
Təhsili |
|
Fəaliyyəti | televiziya aparıcısı |
Fəaliyyət illəri | 2009 - indiyədək |
Mustafayeva Alidə Fərhad qızı 30 avqust 1987-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası elmlər namizədi, dosent Mustafayev Fərhad Məhəmməd oğlu Qazaxın Aşağı Salahlı kəndində tanınmış Səməd Ağa Mustafayevin nəvəsidir. Anası Kəsəmənli İradə Baba qızı Ağstafanın Qıraq Kəsəmən kəndində tanınmış Səlim bəyin nəvəsidir. 2004-cü ildə Nəsimi rayonu Samir Hacıyev adına 5 saylı orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin amerikaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci il sentyabr ayının 27-dən oktyabr ayının 27-dək Azərbaycan Respublikası Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsində istehsalat təcrübəsi keçib.
7 dekabr 2009-cu ildə ATV-də seçimlərdən keçərək, işə götürülüb. İlk olaraq Səhər Proqramı çərçivəsində "Binaların tarixi" və "Yazarlar" rubrikalarını hazırlayıb və aparıb. 2010-cu ilin sentyabr ayının 17-də "106 FM|106" və "106.3 FM" dalğalarında "Son xəbər"i təqdim edib. 2011-ci il 20 iyun tarixindən ATV-də "Son Xəbər"in aparıcısı olub. Müxtəlif vaxtlarda xəbərlərlə yanaşı, "ATV Dünya" proqramlarının aparıcısı olub. 2016-cı il 8 aprel tarixində ATV-dən ayrılıb. 2016-cı il 4 iyul tarixindən ANS-də "Salam, Azərbaycan" və "Xəbərçi" proqramlarını aparıb. 2016-cı il 18 iyul tarixdən fəaliyyətini dayandıran kanalla yolları ayrılıb. Alidə Mustafayeva AZTV-də 2017-ci il 5 yanvar tarixdən Azərbaycan Televiziyasında işə qəbul edilib. Həmin il 14 yanvar tarixdən "Xəbərlər" informasiya proqramında aparıcı olaraq fəaliyyətə başlayıb. 2017-ci il sentyabrın 8-də AzTV-dən ayrılıb. 11 sentyabr 2017-ci il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçı" İnformasiya Proqramının və "90 FM"-də "Xəbər vaxtı" proqramının aparıcısı kimi fəaliyyətə başlayıb. 2019-cu ildə "Diqqət Mərkəzi", "Diqqət Mərkəzi Yekun" proqramlarının aparıcısı olub. İTV-də yeni veriliş: "Diqqət Mərkəzi — Yekun" 2017-ci il sentyabrın 11-dən 2021-ci il yanvarın 21-dək İTV-də "İTV Xəbər" və İctimai Radioda xəbərlər buraxılışını təqdim edib. 2019-cu ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən müxbir kimi Prezident Administrasiyasına akreditə olub. 21 yanvar 2021-ci ildə İTV-dən ayrılıb, 1 fevral 2021-ci ildən yenidən AzTV-də fəaliyyətə başlayıb.
4 may 2022-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışır. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan "Rəqəmsal Dialoq" verilişini aparır.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |