Alimlər Köşkü

Vyanadakı Fars alimləri pavilyonu

Alimlər Köşkü və ya Alimlər Pavilyonuİran İslam Respublikası tərəfindən Vyanadakı Birləşmiş Millətlər Təşkilatının ofisinə bağışlanan bir abidədir. Xatirə abidəsinin İran İslam Respublikası Xəbər Agentliyi tərəfindən verilən məlumata görə İslam və Əhəməni memarlığının birləşməsi olduğu iddia edilir,[1] lakin sonuncusu dekorativ xüsusiyyətlərdə açıq şəkildə üstünlük təşkil edir; xüsusilə Fars sütunları və digər xüsusiyyətləri Persepolis və digər yerlərdə qalmış Əhəməni memarlığı nümunələrindən götürülmüşdür. Çaxartaq köşk forması, İslamdan əvvəlki dövrlərdən bu günə qədər qalmış Fars memarlığının bir nümunəsidir.

Köşkün içərisində dörd məşhur Fars orta əsr alimlərindən olan Ömər Xəyyam, Əl-Biruni, Məhəmməd ibn Zəkəriyyə ər-Raziİbn-Sinanın (Avisena) heykəlləri vardır. Bu abidə 2009-cu ilin iyununda İranın elmdəki dinc inkişafları münasibətilə bağışlanmışdır.[2][3] Bu abidə Alireza Nazem Alroaya tərəfindən dizayn edilmiş və Sadeh Architecture City Construction tərəfindən inşa edilmişdir.

  1. "Persian Scholar pavilion". IRNA (Persian). 5 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 November 2016.
  2. "Monument to Be Inaugurated at the Vienna International Centre". UNIS. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2016.
  3. "Statues of four Iranian scientists in United Nations Office at Vienna". Tabnak (Persian). 30 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 November 2016.