Alimpaşa Məmmədov

Alimpaşa Adil oğlu Məmmədov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2014–2021).

Alimpaşa Məmmədov
bayraq
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 oktyabr 2014 – 27 aprel 2021
ƏvvəlkiNazim Veysov
SonrakıRəşad Tağıyev[1]

Alimpaşa Məmmədov vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış,[2] habelə 2011–2014-cü illərdə Bakı şəhər Vergilər Departamentinin rəisi kimi fəaliyyət göstərmişdir.[3]

O, 2014–2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.[4]

29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi tərəfindən yayılan məlumatda bildirilmişdir ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193–1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.[5]

  1. "Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə tapşırıldı". pravda.az (az.). 30 Aprel 2021. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fev 2022.
  2. "Şəmkirin yeni icra başçısı kimdir?". milli.az (az.). 9 oktyabr 2014. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fev 2022.
  3. "Bakı şəhəri Vergilər Departamentinin rəhbərliyi dəyişib". trend.az (az.). Trend İnformasiya Agentliyi. 11 Yanvar 2011. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fev 2022. Vergi Xidmətinin baş məsləhətçisi Alimpaşa Məmmədov Bakı şəhəri Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.
  4. "Prezident Alimpaşa Məmmədovu vəzifəsindən azad etdi". qafqazinfo.az (az.). 27 aprel 2021. 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fev 2022.
  5. "Alimpaşa Məmmədov həbs olundu - DTX həbs səbəblərini açıqladı". aztv.az (az.). AZ Tv. 29 aprel 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.