Rza Aslanov (Tam adı: Rza Əlipaşa oğlu Aslanov; d.14 noyabr 1911, Goranboy, Xanqərvənd k. Azərbaycan SSR[1] - ö.27 oktyabr 2000, Bakı, Azərbaycan) — Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin birinci katibi
Rza Aslanov | |
---|---|
Rza Əlipaşa oğlu Aslanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xanqərvənd, Goranboy rayonu, Azərbaycan |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Lenin ordeni; За Оборону Кавказа. |
Rza Əlipaşa oğlu Aslanov 1911-ci ildə Qasım İsmaylov (indiki Goranboy) rayonu, Xanqərvənd kəndində anadan olmuşdur. Atası 1915-ci, anası isə 1920-ci illərdə vəfat etmişlər. 1925-ci ilə kimi qohumların himayəsində böyümuşdür. 1925-ci ildə Gəncə şəhərində uşaq evinə yerləşdirilmişdir. 1925-1927-ci illərdə Bakıdakı V.İ Lelnin adına toxuculuq fabrik-məktəbində oxumuşdur. Onu Gəncədəki S.Orjenikidze adına toxuculuq fabrikinə işə göndərirlər. O, burada 4 il fəhlə işləmişdir. Sonra 5 il komsomol işində çalışıb, məsul partiya işlərinə irəli çəkilib. 1949-1953-cü illərdə S.M. Kirov adına ADU-nin (indiki BDU) tarix fakültəsində təhsil almışdır. 1957-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyası MK-nin yanında xüsusi Lenin kurslarının müdavini olmuşdur. Rza Aslanov 27 oktyabr 2000-ci ildə 89 yaşında Bakı şəhərində dünyasını dəyişib.
R.Ə.Aslanov Azərbaycan KP MK-də məsul işlərdə çalışmış, Gəncə, Qusar, Sabirabad rayonlarında MTS direktoru işləmiş, Bərdə, Şəmkir, Kirovabad (Gəncə), İmişli rayonlarında birinci katib vəzifəsində işləmişdir. O, uzun müddət BBTİ-nin (Bakı Baş Tikinti İdarəsinin) Həmkarlar İttifaqı Komitəsinin sədri işləmişdir. Azərbaycan SSR Ali Sovetinin ikinci çağırış deputatı olmuşdur. SSRİ Ali Sovetinin üçüncü çağırış deputatı olmuşdur.