Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi.
Hümmət Mustafayev | |
---|---|
1948 – 1951 | |
1951 – 26 dekabr 1952 | |
Sonrakı | Bilal Ağamalıyev |
26 dekabr 1952 – 18 avqust 1959 | |
Əvvəlki | Məmməd Əliyev |
Sonrakı | Soltan Əzizov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur[1]. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi.
1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir.
Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir.
1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.