Alina Şapoçnikov

Alina Şapoçnikov (16 may 1926, Kaliş, Polşa — 2 mart 1973, Passi, Fransa) — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi.

Alina Şapoçnikov
pol. Alina Szapocznikow
Doğum tarixi
Doğum yeri Kaliş, Polşa
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
Vətəndaşlığı Polşa Polşa
Fəaliyyəti heykəltaraş, incəsənət xadimi, boyakar[d], fotoqraf, qrafika ustası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bellies (1968)

Alina Şapoçnikov 16 may 1926-cı ildə Polşanın Kaliş şəhərində həkim ailəsində anadan olmuşdur. Yəhudi mənşəyinə görə İkinci dünya müharibəsi zamanı Pabyanitse və Lodzinsk gettosunda yerləşdirilmişdi. Sonralar Auşvitz, Bergen-Belzen və Terezienştadt həbs düşərgələrində olmuşdur.

1946-47-ci illərdə müharibə bitdikdən sonra Praqada heykəltaraş təhsili almışdır. Əvvəlcə Otakara Velimsk emalatxanasında, sonra Praqa Təsviri incəsənət, Arxitektura Universitetində təhsil almışdır. Təqaüd sayəsində 1947—1950-ci illər aralığında Paris Təsviri incəsənət, Arxitektura Universitetində davam etdirmişdir. Ancaq ağır xəstəliyə görə o təhsilini saxlamağa və Polşaya qayıtmağa məcbur oldu.

1963-cü ildə Alina Şapoçnikov yenidən Parisə köçmüşdür. Ona 1969-cu ildə sinə xərçəngi diaqnoz qoyulmuşdu və 1973-cü ildə Alina Passidə Pra-Kotant sanatoriyasında vəfat etmişdir.[1]

Alina Polşalə sənət tarixçisi Rışard Stanislavskinin arvadı idi. Onların oğulları olan Pyotr Fransada yaşayır. Stanislavski ilə boşanandan sonra Alina Polşa qrafikçisi Roman Sesleviçə ərə getdi. Alina ölümünə qədər onunla nikahda qaldı.[2]

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Polşada yaşayarkən Alina ifadəli fiqurativ heykəllər yaradırdı. Tunc və daş kimi materiallardan istifadə etdi. Parisdə o poliesterdə və poliuretanda şəxsi bədənin rəngli surətləriylə təcrübə aparmağa başladı. Ömrünün axırıncı illərində onun yaradıcılığında yaxınlaşan ölümün dərk edilməsi müşahidə edilirdi.[3]

Onun işləri Nyu-Yorkda müasir incəsənətin muzeyinin ekspozisiyasındadır. Əsərləri Los-Ancelesdə müasir incəsənətin muzeyində, Parisdə Pompidu Mərkəzində və Londonda Teyt Qalereyasında nümayiş olunur.[4]

  1. Pollock, Griselda, "traumatic encryption: the sculptural dissolutions of Alina Szapocznikow" in: After-affects, After images. Manchester University Press, 2013, 165-222
  2. Filipovic, Mytowska, Elena, Joanna. Alina Szapocznikow: Sculpture Undone 1955-1972. New York: The Museum of Modern Art. 2011. 178. ISBN 978-0-87070-824-4.
  3. "Alina Szapocznikow: Sculpture Undone, 1955–1972 | MoMA". The Museum of Modern Art (ingilis). 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27.
  4. Filipovic, Elena. Alina Szapocznikow: Sculpture Undone, 1955-1972. New York, NY: The Museum Of Modern Art. 2011. 34.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]