Alisa güzgü arxasında[6] — rejissor Ceyms Bobinin, ssenari müəllifi Lind Vulverton və prodüser Tim Börtonun fentezi, macəra janrında çəkdiyi amerikan filmi. Film Luis Kerrollun eyniadlı əsərinin personajlarının motivləri əsasında çəkilmişdir. "Alisa möcüzələr ölkəsində" filminin davamıdır.
Alisa güzgü arxasında | |
---|---|
ing. Alice Through the Looking Glass | |
Janr |
Fentezi Macəra filmi Ailə filmi |
Rejissor | Ceyms Bobin (ing.) |
Prodüserlər |
Tim Börton Co Rot Cennifer Todd Syuzan Todd |
Ssenari müəllifi | Linda Vulverton (ing.) |
Baş rollarda |
Mia Vasikovska (rus.) Conni Depp Helena Bonem Karter (rus.) Enn Hetevey(rus.) Saşa Baron Koen (rus.) |
Operatorlar | Styuart Draybörq (rus.) |
Bəstəkarlar | Denni Elfman (rus.) |
Montajçı | Endrü Vaysblum[d][1] |
İstehsalçı | Walt Disney Studios Motion Pictures (ing.) |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Netflix, Disney+ |
İlk baxış tarixi | 26 may 2016[2], 27 may 2016[3], 27 may 2016[4], 2 iyun 2016[5] |
Müddət | 113 dəq. |
Yaş həddi | 12+ |
Büdcə | 170 mln. $ |
Gəlir | 299 457 024 $ |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2016 |
Əvvəlki film | Alisa möcüzələr ölkəsində (film, 2010) |
Rəng | rəngli |
IMDb | ID2567026 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas rolları Mia Vasikovska, Conni Depp, Helena Bonem Karter, Ene Hetevey və Saşa Baron Koen oynayıb. Filmin ABŞ-də premyerası 27 may 2016-cı ildə baş tutdu[7]. Film Alan Rikmanın xatirəsinə həsr olunmuşdur[8]. Kəpənək Absolemin səsləndirilməsi onun kinodakı son fəaliyyəti olmuşdur.
Qəzəbli fırtına. Kapitanı Alice Kinqsli olan "Möcüzə" gəmisi quldurlardan uzaqlaşır. Alice hiylə ilə, düşmən gəmilərini quruya yan almağa məcbur edir və onları Londona istiqamət götürməyi əmr edir. Evə qayıtdıqdan sonra Alisa, katib Ceyms Harkortdan, Hamişin atası — lord Eskotun vəfat etdiyini eşidir. Hamiş əvvəllər Alisa ilə evlənmək istəyirdi. Həmin gecə onlar Hamiş gildə təşkil olunan böyük rəqs gecəsinə gəlirlər və Alisa öyrənir ki, onun anası Helen öz rəhmətlik əri Çarlzın şirkətinin 10%-ni evin kupçası ilə birlikdə satmışdır. Alisa, düşüncəsiz hərəkətinə görə anasını məzəmmət edir və həmişə öz gəmisində səyahət etmək arzusunda olduğunu söyləyir. Alisa köhnə dostu — keçmiş tırtıl və indi kəpənək Absolem ilə tanış olduğu evə qaçır. O güzgüdən keçərək, möcüzələr ölkəsinə düşür.
Səmadan yerə atılır və onun yolunu gözləyən doslarının və Ağ şahzadənin sarayına düşür. Onlar Alisaya Papaqçının meşədə gəzərkən ilk dəfə kağızdan hazırladığı papağı tapdığını söyləyirlər. Papaqçı bu papağı atası- Zanik Silindirə hədiyyə etmişdi və indiyəcən atasının onu tulladığını düşünürdü. İndi Tarrant Silindr, ailəsinin hələ də sağ olduğunu düşünərək, onları tapmaq istəyir.
Alisa onun yanına gedir və ailəsinin öldüyünü, onları geri qaytarmağın mümkün olmadığını deyir. Ancaq Papaqçı "Əsl Alisa mənə inanardı." söyləyir və onu qovur. Ağ Kraliça və Ağ Dovşan hansısa xronosfer və onunla keçmişə səyahətin mümkün olduğunu xatırladırlar. Mirana iddia edir ki, Papaqçının ailəsini ölümdən xilas etmək mümkün ola bilərdi. Köhnə bir saat vasitəsilə, Alisa başqa bir dünyaya keçir və Zamanın qalasında özünü tapır. İçəridə o, qəribə kiçik canlılarla və qalanın sahibiylə qarşılaşır.
Zaman nəinki ölkənin bütün sakinlərini izləyir, həm də kimin ömrünün bitdiyinə qərar verir. O, hər bir sakinin yaşadığı müddəti əks etdirən bağlı saatları "Mərhum vətəndaşların Yeraltı" salonundan asır. Zaman Alisanı görür və nə istədiyini soruşur. Alisa Papaqçını xilas etmək üçün xronosferi verməyi ondan xahiş edir, ancaq rədd cavabı alır. Xronosfer həm də, kiçik bacısından qisas almaq istəyən Qırmızı Kraliçaya da lazımdır. Qalanı tərk edərkən, Alisa xronosferi ələ keçirir və yola düşür. İrasibeta isə Zamana tapşırır ki, Alisaya çatsın və xronosferi ondan geri alsın.
Zaman okeanında səyahət edən Alisa, Mramorealski bacılarının tacqoyma gününə gəlib düşür və burada gənc Papaqçını görür. O mərasimdə, İrasibeta və onun böyük başına görə bütün zaldakıları güldürür. İrasibeta isə buna görə hamıdan öc alacağını söyləyir. Buna görə atası İrasibetanı, onu ölümündən sonra taxta çıxmaq hüququndan məhrum edir. Zanik Silindr oğlunun həmişə onu utandırdığını söyləyir və Tarrant küsüb gedir . Alisa onu dayandırmağa çalışır. Tarranta, ailəsini xilas etmək üçün heç bir iş görməsə onları itirəcəyini deyərək xəbərdarlıq edir. Ancaq buna baxmayaraq Tarrant çıxıb gedir.
Qalada Mirana Papaqçı ailəsindən üzr istəyir və axşam saat 6-da İrasibetanın yıxılıb saata çırpıldığı günü və o vaxtdan bəri bacılar arasında mübahisələrin yaşandığını xatırladır. Alisa İrasibetanın yıxılıb saata çırpılmasını dayandırmaq üçün həmin günə yola düşür. O, balaca Papaqçı ilə tanış olur və Papaqçı qıza şapka düzəltmək üçün evinə dəvət edir. Tarrantın hazırladığı kağız papaq atasının xoşuna gəlmir və atası onu tullayır. Alisa isə İrasibetanın görünməli olduğu yerə tələsir.
Bu vaxt qalada, Mirana anasının qadağan etməsinə baxmayaraq, şirin kökənin qalıqlarını götürür və onları yeyib bitirmək üçün otağa qaçır. Bir neçə kökə qırıntısı yerə düşür və Mirana onları bacısının yatağının altında süpürüb gizlədir. Mübahisə yaranır və Mirana günahını tamamilə rədd edir. İrasibeta isə cəzalandırıldığına görə evdən qaçır. Alisa onu ölümcül bir zərbədən xilas etməyə çalışır, amma İrasibeta sürüşərək yıxılır və başı abidəyə çırpılır, nəticədə İrasibetanın başı şişir.
Zaman Papaqçı, Sonya və Mart Dovşanından Alisanın harada olduğunu öyrənməyə çalışır, ancaq onlar Zamanla zarafat edib əylənirlər. Zaman qəzəblənərək, onları "çay içməyə bir dəqiqə qalmış " zaman anına həbs edir. Zaman Alisanı tapır və xronosferi ondan geri almaq istəyir, ancaq Alisa güzgüdən keçib psixiatrik xəstəxanada peyda olur və anası bunu yalnız Alisanın xeyir üçün etdiyini söyləyir. Alisa buradan da qaçaraq o dəhşətli günə gəlib düşür və Papaqçı ailəsinin hələ də sağ olduğunu anlayır. Sən demə İrasibeta onları əsir götürübmüş.
Alisa möcüzələr ölkəsinə gəldiyi günə qayıdır, ancaq Papaqçının ölümcül olduğunu görür və ona yaxınlarının hələ də sağ olduğunu və onları tapmağın mümkün olduğunu xəbər verir. Papaqçı yenidən həyata qayıdır və Alisa ilə birlikdə ailəsini tapmaq üçün Qırmızı Kraliçanın yanına gedir. Qəhrəmanlar Papaqçının ailəsinin kiçildilmiş ölçüdə olduğunu və qarışqalar üçün terrariumda saxlandıqlarını öyrənirlər. İrasibeta, Zamanı həbs edib, xronosferi Alisadan alır və bacısı Mirananı özü ilə, onun yalan söylədiyi həmin günə qayıtmaq niyyəti ilə aparır. Zaman İrasibetaya öz uşaqlıq prototipi ilə qarşılaşa bilməyəcəyini, hər şeyin məhv olacağını söyləyir.
Ancaq keçmişdə belə, yetkin Mirana həqiqəti deyə bilmir və İrasibeta prototipi ilə qarşılaşacağı otağa daxil olur. Hər şey donmağa başlayır. Papaqçı və Alice Ağ Kraliçanı götürərək zaman okeanında səyahət edirlər və Zamanın qalasına yollanırlar. Ətrafdakı hər şey donmağa başlayır və Zaman Alisanın xronosferi geri qaytarıb qoymasına kömək etməyə çalışır, ancaq Alisa da donur. Xronosfer ilə yuva arasındakı əlaqə bərpa olunur və hər şey normala qayıdır. Mirana İrasibetadan üzr istəyir və onlar nəhayət barışırlar.
|
|
2012-ci il dekabr ayının 7-də "Variety" (rus.) qəzeti "Alisa möcüzələr ölkəsində" filminin ardının çəkilişi haqqında məlumat dərc etdi və Linda Vulverton növbəti filmin ssenaristi oldu[17]. Növbəti ilin 31 mayında Disney, Ceyms Bobinə (ing.) "Alice in Wonderland: Into the Looking Glass" (işçi adı) fiminə rejissorluq etmək təklifi göndərdi[18].
2013-cü ilin iyul ayında Conni Deppin Papaqçı rolunu davam etdirəcəyi açıqlandı[19]. Həmin ilin noyabrında Mia Vasikovskayanın Alisa rolu üçün müqavilə bağladığı barədə məlumatlar ortaya çıxdı[20].
Noyabrın 22-də serialın 27 may 2016-cı ildə yayımlanacağı və Ceyms Bobinin rejissor olacağı açıqlandı[20]. 21 yanvar 2014-cü ildə film "Alice in Wonderland: Through the Looking Glass" adlandırıldı[21]. 21 yanvar 2014-cü il Saşa Baron Koen filmin aktyor heyətinə qatıldı[22]. O, Zaman rolunu oynayacaqdı. 2014-cü ilin mart ayında Helena Bonem Karterin Qırmızı Kraliça rolunu davam etdirəcəyi təsdiqləndi[23]. 2014-cü ilin mayında Ris İvans filmin qəhrəmanları sırasına qatıldı. O, Dəli Papaqçının atası rolunu oynayacaqdı[24].
Filmin əsas çəkilişləri 4 avqust 2014-cü ildə "Shepperton Studios"da başladı[25].
Elə həmin ilin avqust ayında filmin çəkilişləri Qloster (rus.) şəhərinin doklarında(rus.) davam etdirildi — nəticədə 4 tarixi gəmi: "Kathleen and May", "Irene", "Excelsior" və "Earl of Pembroke" istifadə edildi. Sonuncu gəminin adı film üçün xüsusi olaraq "The Wonder" adıyla əvəz olundu[26][27][28][29][30]. Основные съёмки завершились 31 октября 2014 года[31]. Əsas çəkiliş 31 oktyabr 2014-cü ildə başa çatdı. Xüsusi effektlərin və filmin tərtibatı 26 yanvar 2015-ci ildə başa çatdı.
Filmin premyerası 10 may 2016-cı ildə Londonda baş tutdu; Mayın 27-də film ABŞ-nin kinoteatrlarında nümayiş olundu. Film 18 oktyabr 2016-cı ildə DVD, Blu-ray və rəqəmsal formatda yayımlandı (Walt Disney Studios Home Entertainmentin(rus.) distribütorluğu vasitəsilə)[32][33].
Filmin musiqisi bəstəkar Denni Elfman (rus.) tərəfindən yazılmışdır və filmin buraxılış günü (27 may 2016) Walt Disney Records (rus.) etiketi ilə yayımlandı.
"Just Like Fire" istisna olmaqla bütün musiqilər Danny Elfman tərəfindən yazılmışdır.
Bütün musiqilər
tərəfindən bəstələnmişdir.
№ | Başlıq | Müddət | |||||||
---|---|---|---|---|---|---|---|---|---|
1. | "Alice" | 6:35 |
|||||||
2. | «Saving the Ship» | 3:40 |
|||||||
3. | «Watching Time» | 5:10 |
|||||||
4. | «Looking Glass» | 3:30 |
|||||||
5. | «To the Rescue» | 0:56 |
|||||||
6. | «Hatter House» | 3:47 |
|||||||
7. | «The Red Queen» | 2:29 |
|||||||
8. | «The Chronosphere» | 4:15 |
|||||||
9. | «Warning Hightopps» | 2:23 |
|||||||
10. | «Tea Time Forever» | 1:45 |
|||||||
11. | «Oceans of Time» | 1:15 |
|||||||
12. | «Hat Heartbreak» | 2:27 |
|||||||
13. | «Asylum Escape» | 4:06 |
|||||||
14. | «Hatter's Deathbed» | 3:22 |
|||||||
15. | «Finding the Family» | 2:04 |
|||||||
16. | «Time Is Up» | 4:24 |
|||||||
17. | «World's End» | 1:50 |
|||||||
18. | «Truth» | 4:09 |
|||||||
19. | «Goodbye Alice» | 2:13 |
|||||||
20. | «Kingsleigh & Kingsleigh» | 1:19 |
|||||||
21. | «Seconds Song» | 0:11 |
|||||||
22. | «Friends United» | 1:06 |
|||||||
23. | «Time's Castle» | 1:49 |
|||||||
24. | «The Seconds» | 1:55 |
|||||||
25. | «Clock Shop» | 0:50 |
|||||||
26. | «They're Alive» | 2:23 |
|||||||
27. | «Story of Time» | 3:03 |
|||||||
28. | «Just Like Fire» (Pink) | 3:35 |
|||||||
76:53 |
Film kino tənqidçiləri tərəfindən əsasən mənfi rəy aldı. İcmal aqreqatoru Rotten Tomatoes, 215 rəy əsasında ortalama reytinqi 10-dan 4.6 olaraq 30% verdi. Metacritic, 100-dən 34% reytinqi olduğunu bildirdi.