Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[1][2][…], Ouensboro[d], Kentukki[10]) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq,hələ də "Oskar" mükafatını qazana bilməyib.
Conni Depp | |
---|---|
ing. Johnny Depp | |
Doğum adı | John Christopher Depp II |
Doğum tarixi | 9 iyun 1963[1][2][…] (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Partnyorları | |
Atası | Con Kristofer Depp[d][12] |
Anası | Betti Sue Vells[d][12] |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, televiziya aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d], gecə klubu sahibi, gitaraçı, aktyor, musiqiçi |
Fəaliyyət illəri | 1984-cü ildən |
Təhsili | |
Boyu | 178 sm[13] |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0000136 |
Vikianbarda əlaqəli mediafayllar |
Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi. Eyni il anası ilə atası boşanır və bu vəziyyət ona pis təsir edir. "The Kids" adlı musiqi qrupu ilə çalmağa başladı. Qrupun bas gitaraçısı və vokalistinin bacısı Lori Anne Allison ilə 24 dekabr 1983-cü ildə evləndi. Los Ancelesdə həyat yoldaşının köməyi ilə Nikolas Keyclə tanış oldu və ilk filmi Qarağac küçəsində qarabasma filmində 1984-cü ildə rol almaq imkanı qazandı. 1986-cı ildə "Tağım" filmində kiçik bir rol aldı. Conni Depp həmin ildə 7 mart 1986-cı ildə Lori Anne Allisondan boşanır. İlk evliliyindən sonra aktrisa Vaynona Rayder və model Keyt Moss kimi məşhurlarla görüşür. Sevgilisi Vaynona Rayder adını qoluna "Winona Forever" olaraq döydürən aktyor, döyməni ayrıldıqdan sonra "Sonsuza qədər şərab" ("Wino Forever") kimi dəyişdirdi. "The Kids" qrupu dağılmış olmasına baxmayaraq, hələ də birlikdə ifa edirlər. Conni Deppin sözlərinə görə əsas onların peşəkar deyil, hobbi olaraq çalmaqlarıdır.
14 iyun 1998-ci ildə Vanessa Paradislə ailə həyatı qurmuşdur. Cütlük 2012-ci ildə ayrıldıqlarını elan etdilər.Depp, Robin Uilyamsın 1998-ci ildə "Patch Adams" filmində canlandırdığı "Xəstəxana-Klounu" obrazına əsasən, "Xalq düşməni" filminin premyerası üçün getdiyi Londondakı bir xəstəxanada, "Karip Dənizinin Quldurları" filmindəki yaratdığı Kapitan Cek Sərçə kostyumunu geyinərək, Londondakı Great Ormond Street Xəstəxanasının işçilərini və xəstə uşaqları ziyarət etdi və onlara yaxından qayğı göstərdi.Vanessa Paradislə 2 uşağı var; Lily-Rose Melody Depp və Jack(John Christopher Depp-3) Depp'in qızı uşaqlıqda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi, 2007-ci ildə isə uğurlu müalicəsinə görə atası "Great Ormond Street" xəstəxasına 1 milyon avro bağışlamışdır.
" The rum diary" filminin çəkilişlərində tərəf müqavili Amber Heardla tanış olub 2015-ci ildə evlənib,15 aydan sonra isə ayrılıblar.
İl | Film | Orijinal adı | Rol |
---|---|---|---|
1984 | "Qarağac küçəsində qarabasma" | "A Nightmare on Elm Street" | Qlen Lantz |
1985 | "Şəxsi kurort" | Private Resort | Cek |
1986 | "Tağım" | Platoon | vt. Gator Lerner |
1993 | "Arizona arzusu" | Arizona Dream | Axel Blackmar |
1993 | "Benni və Cun" | Benny & Joon | Sem |
1993 | "Cilbert Qrey" | What’s Eating Gilbert Grape | Cilbert Qrey |
1994 | "Ed Vud" | Ed Wood | Ed Vud |
1995 | "Don Juan de Marko" | Don Juan DeMarco | Don Juan |
1997 | "Cəsur" | The Brave | Rafael |
1999 | "Yuxulu boşluq" | Sleepy Hollow | İkabod Kreyn |
2000 | "Şokolad" | Chocolat | Rouks |
2001 | "Kokain" | Blow | Corc Canq |
2001 | "Cəhənnəmdən" | From Hell | İnspektor Frederik Abberlayn |
2003 | "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" | Pirates of the Caribbean: The Curse of the Black Pearl | "Sərçə" ləqəbli Cek |
2003 | "Bir dəfə Meksikada" | Once Upon a Time in Mexico | Sands |
2003 | "Çarli: Çarli Çaplinin Həyatı və Sənəti" (sənədli film) | Charlie: The Life and Art of Charles Chaplin | |
2004 | "Məxfi pəncərə" | Secret Window | Mort Rayni |
2005 | "Çarli və şokolad fabriki" | Charlie and the Chocolate Factory | Uilli Uonka |
2006 | "Karib dənizinin quldurları 2" | Pirates of the Caribbean: Dead Man’s Chest | "Sərçə" ləqəbli Cek |
2007 | "Karib dənizinin quldurları 3" | Pirates of the Caribbean: At World’s End | "Sərçə" ləqəbli Cek |
2010 | "Turist" | The Tourist | Aleksandr Pirs |
2010 | "Alisa möcüzələr ölkəsində" | Alice in Wonderland | Dəlisov papaqçı |
2011 | "Ranqo (cizgi filmi, 2011)" | Rango | Ranqo |
2011 | "Karib dənizinin quldurları 4" | Pirates of the Caribbean: On Stranger Tides | "Sərçə" ləqəbli Cek |
2017 | "Karib dənizinin quldurları 5" | Pirates of the Caribbean: Dead Men Tell No Tales | "Sərçə" ləqəbli Cek |