Aliyə Terequlova

Aliyə Ramazan qızı Terequlova (13 may 1913, Tiflis13 mart 1968, Moskva) — azərbaycanlı aktrisa. Azərbaycan SSR əməkdar artisti (1943).[1]

Aliyə Terequlova
Aliyə Ramazan qızı Terequlova
Aliyə Terequlova Asya rolunda (Arşın mal alan)
Aliyə Terequlova Asya rolunda (Arşın mal alan)
Doğum tarixi 13 may 1913(1913-05-13)
Doğum yeri
Vəfat tarixi 13 mart 1968(1968-03-13) (55 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti aktrisa
Mükafatları Azərbaycan SSR əməkdar artisti
IMDb ID10534178
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aliyə Ramazan qızı Terequlova 13 may 1913-cü ildə Tiflisdə anadan olub.[2]

Məşhur Terequlovlar (Tanrıqulovlar) nəslindəndir. Məlahətli və cazibəli səhnə görkəmi, yaraşıqlı qədd-qaməti olub. Mürəkkəb mizanlarda, hərəkət edə-edə ariya və duet oxumağı ustalıqla bacarıb. Qəhrəman sevgililərin partiyalarının ifasını quruluqdan çıxaran, onlara romantizm, lirizm, səmimiyyət gətirən ilkin aktrisalardandır.

On yaşından musiqi ilə müntəzəm məşğul olub və orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət konservatoriyasında oxuyub.[3] Oranın vokal şöbəsini 1937-ci ildə bitirib və Opera və Balet Teatrına solist götürülüb.[4] Burada Nərgiz və Məryəmin ("Nərgiz", Müslüm Maqomayev), Gülzarın ("Şahsənəm", Reynqold Qlier), Ağca qızın ("Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov) partiyalarını oxuyub.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı açılanda Aliyə Terequlova da truppaya dəvət edilib.[3] 1949-cu ildə teatr bağlananda Filarmoniyanın nəzdində yaradılan musiqili estrada ansamblında, Gənc Tamaşaçılar Teatrında işləyib.[4] MKT 1956-cı ildə yenidən açılanda bir müddət burada işləyib.[3]

Aliyə Terequlova ömrünün son on ilini Moskvada yaşayıb və 13 mart 1968-ci ildə orada vəfat edib.[4] Aktrisanın Musiqili Komediya Teatrında oynadığı əsas rollar: Asya və Gülçöhrə, Minnət xanım, Gülnaz ("Arşın mal alan", "Ər və arvad" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Beatriçe ("İki ağanın bir nökəri", Karlo Haldoni və Şəmsəddin Fətullayev), Şərəfnisə ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və Şəmsəddin Fətullayev), Keto ("Keto və Kote", Vladimir Dolidze), Durna ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Bayadera ("Bayadera", İmre Kalman), Qızılgül ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Mirvari ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Naznaz ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Sevgili ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Qönçə ("Məhəbbət gülü", (Hüseyn Muxtarov və Süleyman Ələsgərov).

Yüksək zövq və istedad sahibi olan Aliyə Terequlova 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

Çəkildiyi filmlər

[redaktə | mənbəni redaktə et]
  1. Əlsiz adamlar (film, 1932) (Tammetrajlı Bədii Film)
  1. "Azerbaijan Gender Information Center". www.gender-az.org. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  2. "Aliyə Terequlova – Kinobiz.az – kino haqqında internet portalı" (ingilis). 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  3. 1 2 3 "Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub - səhifə 162". genderi.org (az.). 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  4. 1 2 3 "Одна из первых актрис, принесших романтику и искренность в азербайджанские дуэты". TIME (az.). 2019-05-13. 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.