Aliyə Timisi Ərsevər (25 fevral 1963, Divriği, Sivas ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Aliyə Timisi Ərsevər | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin XXVIII çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Ankara (I) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 fevral 1963 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Aliyə Timisi Ərsevər 25 fevral 1963-cü ildə Sivas ilinin Divriği ilçəsində anadan olub. Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub.[1]
Maliyyə institutlarında, həmçinin təhsil və sığorta sahələrində rəhbər vəzifələrdə təmsil olunub. Almaniyanın Münster şəhərində Baş Konsulluqda sosial işçi olaraq çalışıb.[1]
Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Ankara il, CHP Çanqaya ilçə İdarə Heyətlərinin, həmçinin CHP qadın qanadı İdarə Heyətinin üzvü olub. 2014-cü ildə Çanqaya Bələdiyyəsi Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub.[1]
Almanca bilir. 1 uşaq anasıdır.[1]