Allahverən Cəbrayılov

Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru.

Allahverən Cəbrayılov
Allahverən Cəbrayıl oğlu Cəbrayılov
Doğum tarixi
Doğum yeri Horadiz, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Zeynəb Cəbrayılova
Uşaqları Elmira Cəbrayılova, Rasim Cəbrayılov, Xalidə Xudaverdiyeva, Lalə Cəbrayılova, Nərgiz Məmmədova, Günel Cəbrayılova
Atası Cəbrayıl Cəbrayılov
Anası Fatimə Cəbrayılova
Elm sahəsi Riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmlər doktoru
Elmi adı Professor
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Elmi rəhbəri Rusiya Elmlər Akademiyasının müxbir üzvi L.D. Kudryavçev
Tanınmış yetirmələri f.-r.e.d.,prof. Alik Nəcəfov

Fizika-riyaziyyat elmləri doktoru, professor Cəbrayılov Allahverən Cəbrayıl oğlu 15 may 1940-cı ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı olmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A. Cəbrayılov 1965–1969-cu illərdə Moskva Fizika-Texnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir.

Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A. C. Cəbrayılov 1971–1974-cü illərdə Moskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dosenti vəzifəsində işləmiş, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru seçilmişdir. Allahverən Cəbrayılov 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metod şurasının üzvüdür.

Professor A. C. Cəbrayılovun 75-dən çox elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir. Onun əsərləri ölkədə və xaricdə çox nüfuzlu elmi nəşrlərdə dərc edilmişdir. Onun aldığı elmi nəticələr bir çox sovet və xarici ölkə alimlərinin monoqrafiyalarında göstərilmiş və ona yüksək elmi qiymət verilmişdir.

Allahverən Cəbrayılov beynəlxalq elmi konqres, konfrans, simpozium, qurultay və s. tədbirlərdə elmi məruzələrlə çıxış etmişdir.

"Sovremennıe problemı matematiki" kitabında qeyri-xətti diferensial tənliklər haqqında yazılan məqalələrdə professor Cəbrayılovun qeyri-xətti diferensial tənliklər nəzəriyyəsinə aid olan tədqiqatlarından geniş yazılmışdır.

О, 1970-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvüdür. Demək olar elmi əsərlərinin əksəriyyəti bu cəmiyyətin xətti ilə ingilis dilinə tərcümə edilmişdir.

Allahverən Cəbrayılov Ali riyaziyyat kafedrasında "Fəzalar nəzəriyyəsi və onun tətbiqləri"nə həsr olunmuş elmi seminara rəhbərlik edir. Onun elmi rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə edilmiş, 2 tələbəsinin namizədlik dissertasiyası müdafiə olunmaq üçün elmi şuraya verilmişdir.

Professor A. Cəbrayılov Azərbaycan EA-nın və Azərbaycan Dövlət Universitetinin bütün ixtisaslarına aid doktorluq və namizədlik dissertasiyaları müdafiə şuralarının üzvü olmuşdur və hal-hazırda AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdür. 4 doktorluq dissertasiyasının müdafiəsində opponent olaraq çıxış etmişdir və bir neçə doktorluq dissertasiyalarına elmi rəy yazmışdır. 10-dan çox namizədlik dissertasiysının müdafiəsində opponent kimi çıxış etmişdir və bir çox namizədlik dissertasiyalarına elmi rəy yazmışdır. 1995–1996-cı illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert komissiyasının üzvü olmuş, bu müddət ərzində bir çox doktorluq və namizədlik dissertasiyalarını oxumuş və elmi rəylər yazmışdır. О, Azərbaycan Memarlıq və Inşaat Universitetinin Elmi Şurasının üzvüdür. "Metodı inteqralğnıx predstavleniy v teorii prostranstv" adlı monoqrafiyası 2000-ci ildə çapdan çıxmışdır. Professor Allahverən Cəbrayılov 1997-ci ildə New York (Amerika) şəhərində International ISSAC Congress, 1998-ci ildə Moskvada Beynəlxalq konfrans, 2001-ci ildə Berlində keçirilən International ISSAC Congress və bir çox beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur. Onu da qeyd edək ki, Allahverən Cəbrayılov təhsildə, elmdə və pedaqoji sahədə fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2001-ci ildə Fəxri Fərmanla təltif edilmişdir.

Ailəlidir, altı övladı var. Allahverən Cəbrayılov- funksional fəzalar və bu fəzaların daxilolma nəzəriyyəsi ilə məşğul olmuşdur. Daha dəqiq desək, Sobolev, Besov tipli fəzalar və bu fəzaların bir sıra ümumiləşmələri ilə məşğul olmuşdur. Qarışıq törəmələri dominant olan Besov fəzasını elmə daxil edib və bu fəzadan olan funksiyaların həm diferensial, həm də diferensial fərq xassələrini öyrənmişdir. Həmçinin alınmış nəzəri nəticələri həm kvazielliptik tip, həm də parabolik tip tənliklərin həllərinin L q -yə daxil olmasını, başqa sözlə, "Zəif" həllin sanki hər yerdə həll olmasını isbat etmişdir. Sonralar çoxdəstə dəyişənli Sobolev, Besov tipli fəzalarının tədqiqatı ilə məşğul olmuş. Bu fəzaların tədqiatı daha ümumi tipli yüksək tərtibli xüsusi törəməli diferensial tənliklərin öyrənilməsinə imkan yaradır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1.Ф.Г. Максудов, А.Дж.Джабраилов. Метод интегральных представлений в теорий пространств. Баку, из-во, "Элм", 2000 г.

2. А.Дж.Джабраилов. Теория пространств дифференцируемых функций. Труды ИММАН Азерб. Республики (вып. XII), Баку, "Элм", 2005 г.

3. Jabrailov A. J., Najafova S. M. Theorems on continuation of functions beyond the domain G � En, with preservation of class. Baku, Trudy IMM AN Azerb. 2005, issue XIV, pp. 454–505 (Russian).

4. Jabrailov A. J., Mamedov K. J., Najafova S. M. On estimation of integral operators by representation of functions. Baku, Elm, 2005, pp. 272–33 (Russian).

5. A. D. Jabrailov On some functional spaces. Trudy MIAN SSSR, 1964

6. A. D. Jabrailov Familly of spaces of functions whose mixed derivatives satisfy the Holder multiple integral condition. Trudy MIAN SSSR, 1972.

7. A. D. Jabrailov. Imbedding theorems for a space of functions with mixed derivatives satisfying the Holder's multiple inteqral condition. Trudy MIAN SSSR, 117(1972), 113–138 (Russian)