Alleqoriya və ya təmsil — hər hansı bir mücərrəd fikrin, anlayışın konkret predmet və ya hadisənin köməyi ilə təsvir edilməsidir. Orta əsrlər ədəbiyyatında alleqoriyadan geniş istifadə olunurdu. Yazıçılar və şairlər ədalət, xeyir, şər və s. haqqında fikirlərini antik mifolofiyadan aldıqları surətlər vasitəsilə ifadə edirdilər. Alleqoriya romantizmdə də mühüm yer tuturdu. Alleqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş istifadə edilir. Məsələn, belə əsərlərdə çox vaxt tülkü surəti – hiyləgər adamları, qurd – acgözləri, aslan - igid və mərd, ayi-qanmaz, nadan adamları təmsil edir.
Məhəmməd Füzulinin "Bəngü Badə", Mirzə Ələkbər Sabirin "Tülki və qarğa" əsərləri alleqorik əsərlərdir.
Dünya ədəbiyyatı tarixində ilk alleqoriyanın müəllifi Homer sayılır. Alleqoriya sözünün etimalogiyası isə latın dilindən "məclis, yığıncaq" mənasına gəlir. Ən tanınmış alleqoriyalardan biri də antik yunan filosofu Platonun "The Republic" adlı daha geniş əsərinin bir parçası olan "Allegory of the cave" alleqoriyasidir. Beləki müəllif burada, həyatları boyu bir mağarada zəncirlənərək həbs olmuş ve sadəcə boş divarlari görməyə məhkum bir qrup mağara adamından danışır. İnsanlar mağaradan kənar dünyada baş verənləri ve obyektləri sadəcə mağarada qaladıqları ocaqdan divarlara yansıyan kölgələr vasitəsilə görürlər. Zamanla onlar gördüklərini təsvir etmək üçün ünsiyyət vasitəsi olan dildən ve sözlərdən istifadə edirlər. Alleqoriyada magaradakilarin həyatları boyu gördükləri yeganə şeyi- kölgələrini heqiqət kimi qəbullanmalarından ve danışılır. Ta ki, onlardan biri mağaranın xaricine çıxış yolu əldə edir ve kölgəlerdən de böyük həqiqətlərin olduğunu öyrənən ana qədər. Daha sonra o, gördüklərini digerlerinə danışır, lakin insanlar ona inanmamaqla yanaşı həm de onun hamını buradan azad etmek səylərinə də şiddətlə müqavimət göstərirlər.
Bu filosofun sadə alleqoriyalardan biridir ve magaranin xaricinde daha böyük heqiqət və elmin mövcudluğunu qavrayan mağara adamının digərlərini de bundan xəbərdar edib, öz vəzifəsi kimi onları xilas etməyə çalışmasından və özlərini daha bilikli zənn etmələrinin nəticəsində ona laqeyid yanaşıb, görmezdən gələnlərin axmaqlığından bəhs edir.