Allin Vlasenko

Allin Qriqoryeviç Vlasenko (ukr. Аллі́н Григо́рович Вла́сенко; 30 iyun 1938, Çelyabinsk23 noyabr 2021[1], Kiyev) — Sovet və Ukrayna dirijoru, Ukrayna SSR-nin əməkdar artisti, Ukraynanın xalq artisti (2000), Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru.

Allin Vlasenko
ukr. Аллі́н Григо́рович Вла́сенко
Ümumi məlumatlar
Doğum tarixi 30 iyun 1938(1938-06-30)
Doğum yeri
Vəfat tarixi 23 noyabr 2021(2021-11-23)[1] (83 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİUkrayna Ukrayna
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Mükafatları Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Ukraynanın xalq artisti Ukraynanın əməkdar incəsənət xadimi

Allin Vlasenko zabit ailəsində anadan olub. Valideynlərinin, qohumlarının gözəl səsləri olduğu üçün uşaqlıqdan ukrayna mahnılarının melodiya, ahəngi və ruhunu mənimsəyib.

Vlasenko, Xarkovda (atasının xidmət yerində) musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və uşaq xorunda solist olub. Musiqiçi olmağında ona Xarkov Konservatoriyasının o vaxtkı rektoru Vladimir Komarenko ilə tanışlığı kömək edib.

Konservatoriyanın nəzdində müəllim Q.Rıkovla birlikdə xüsusi onillik musiqi məktəbində, klarnet sinfinin orkestr şöbəsində təhsil alıb.

Konservatoriya, aspirantura

[redaktə | mənbəni redaktə et]
Allin Vlasenko və ailəsinin məzarı, Baykovo qəbiristanlığı

Allin Vlasenko, 1958-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsinə daxil olub.

Üçüncü kursda Xarkov Opera Teatrının simfonik orkestrinin klarnet qrupunun rəhbəri olub. Onun dirijorluğa üçüncü kursdan həvəsi olub. O, dosent Alisa Vidulinadan (Ukraynanın xalq artisti V. Klimovun tələbəsi, görkəmli dirijor) dirijorluğu öyrənib.

1961-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsini klarnet ixtisası üzrə bitirib.

1966-cı ildə Mixail Kanerşteynin (Kiyev) sinfində opera və simfonik dirijorluq ixtisası üzrə aspiranturaya daxil olub.

1966-cı ildən - Ukrayna Dövlət Simfonik Orkestrinin dirijoru olub. Allin Qriqoryeviçin ömrünün bu dövründə onun məsləhətçiləri və böyük yoldaşları Veniamin Tolba, Natan Raxlin, Konstantin Simeyonov, Boris Çistyakov idi. Yevgeni Mravinski və Stepan Turçak ilə dirijorluq bacarıqlarını təkmilləşdirmək imkanı əldə edib.

Müəllim fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Allin Vlasenko, 1967-ci ildən P. İ. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında müəllim olub.

O, yeni nəsil dirijorların yetişdirilməsi prosesində özünün dirijorluq məktəbini formalaşdırmışdır.

Onun tələbələri arasında dünya şöhrətli dirijor, Ukraynanın xalq artisti, Şevçenko mükafatı laureatı Vladimir Fedoroviç Sirenko, Viktoriya Jadko, Andrey İvaniş, Natalya Ponomarçuk, Sergey Vlasov (Rusiya), İqor Andrievski və başqaları da olub.

1971-ci ildən Kiyev Opera və Balet Teatrında çalışıb.

1993-1997-ci illərdə Xarkov Filarmonik Orkestri ilə işləyərkən bu kollektivi yenidən dirçəltmiş, onu birinci dərəcəli orkestr səviyyəsinə qədər yüksəltmiş və onları fəal çıxış etməyə həvəsləndirmişdir.

Allin Vlasenko, 23 noyabr 2021-ci ildə vəfat edib, Baykove qəbirstanlığında dəfn edilib.[2]

Səhnə rejissorluğu

[redaktə | mənbəni redaktə et]

Allin Vlasenko dirijor-prodüser kimi bir sıra mühüm musiqi tərcümələri həyata keçirmişdir. Onların arasında aşağıdakılar vardır:

  • "Meşə mahnısı", Mixail Skorulski
  • Şelkunçik, "Yatmış gözəl" və "Üçüncü syuta" Pyotr Çaykovski,
  • “La Bayadere”, “Paquita”, L.Minkusun
  • "La Silfida", H.Levenşold
  • «Напрасное предостережение» Л. Герольда,
  • "Koppeliya" L. Deliba,
  • "Rəqsə dəvət" xoreoqrafik miniatürləri, K.Veber
  • “Şarka” B. Smeta

Ümumilikdə onun balet və opera repertuarına 50-dən çox tamaşa daxildir.

  1. 1 2 https://life.pravda.com.ua/culture/2021/11/23/246605/.
  2. "Умер дирижёр оркестра Национальной оперы Украины Власенко". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Teatr portalı