Matuşkin soğanı (lat. Allium materculae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir (En B 1ab (i, ii)). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Matuşkin soğanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Matuşkin soğanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya şarvari, 1-2 sm qalınlığında, boz qınla örtülüdür. Gövdə (6)10-20(26) sm hündürlükdə, yoğun, əsası adətən ikiyarpaqlı, uzun qınla örtülüdür. Yarpaqlar göyümtül, xətvari 6-20 (30) mm enində, spiralvari bükülmüşdür. Çətir çoxçiçəkli, yarımşarvari, 3–4 mm diametrindədir. Çiçəkyanlığı 5–8 mm uzunluğunda, ulduzşəkilli, yasəmən rənglidir. Erkəkcik sapı qısa, bütöv, neştərvari, bizvaridir. Sütuncuq çiçəkyanlığından qısadır. Qutucuq 2 dəfə çiçəkyanlığından qısadır.
Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla, toxumla çoxalır. İşıqsevəndir. Kseromezofitdir. Dekorativ bitkidir.
Naxçıvanın dağlıq və düzənlik hissəsində (Şərur, Kəngərli və Ordubad rayonları, Naxçıvan şəhərinin ətrafı) yayılmışdır. Aşağı və orta dağ qurşaqlarında qumluqlarda, quru, gilli və çınqıllı yamaclarda arst gəlinir.
Populyasiyalarının təbii bərpası azalır, mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur. Sayı azdır.
Populyasiyanın növ sayının azlığı, dekorativ və qida xüsusiyyətlərinə görə əhali tərəfindən intensiv toplanılması, otarılma. Tapdalanma və zoogen amillər.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, yayıldığı sahələr xüsusi nəzarətə alınmalı, yeni yayılma yerləri axtarılmalıdır.