Alma (lat. Malus) — gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.
Alma | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Alma |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.
Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan gətirilmiş müxtəlif alma, gilas və armud sortlarının tingliyi salınmışdır. Bu gün Qrani Smit (Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı mövcuddur. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.
Almanın tərkibində 5–24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək-damar sistemi üçün çox faydalıdır. Almanın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-3, mis-az miqdarda, dəmir-0,1, maqnezium-az miqdarda, fosfor-9,5, kalium-12,9, selen-0,4, natrium-1, sink-az miqdarda.